Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempionu Britaniya Qran-prisinin sıralama turunu üçüncü yerdə başa vurub.
Silverstounda ilk üçlükdə yer almaqdan məmnun olduğunu deyən Həmilton poul mövqeyini qazanan Kimi Antonellini və ikinci yeri tutan Şarl Lekleri də təbrik edib: “Burada ilk üçlükdə yer almaqdan məmnunam. Qarşımdakı iki pilot həqiqətən əla iş gördü.
Xüsusilə də Şarl son yarışlarda ciddi irəliləyiş göstərib. Amma son vaxtlarda olduğu kimi, yenə də Mercedes-in tempinə tam cavab verə bilmədik. Bununla belə, fərqi tədricən azaltmağa başladığımızı deyə bilərəm. Hər iki Ferrari-nin ön sıralarda olması həqiqətən sevindiricidir”.
Bazar günü keçiriləcək yarışda qələbə şansları ilə bağlı suala cavab verən Həmilton bildirib ki, Mercedes-in tempinə çatmaq asan olmayacaq, lakin Ferrari əlində olan bütün imkanlardan istifadə edəcək.
Ferrari pilotu deyib: “Hər iki bolidimizin ön sıralarda olması mütləq böyük üstünlükdür. Kiminin tempinə tam uyğunlaşıb-uyğunlaşa bilməyəcəyimizi yarışda görəcəyik. Ümid edirəm ki, strategiyada düzgün qərarlar verəcəyik və komanda olaraq birlikdə Mercedes-i məğlub etməyə çalışacağıq”.




Şərh əlavə et