Şənbə günü keçirilən sprint yarışında qələbə qazanan italyan sürücü, əsas yarışın sıralanma turunda da protokola başçılıq edib.
Antonelli bildirib ki, son cəhd öncəsi bir qədər həyəcanlı olub. Bunun səbəbi isə həlledici cəhddə trasa ilk çıxan pilot olmağı sevməməsidir.
Kimi Antonelli: “Bir qədər həyəcanlı idim, çünki son cəhd zamanı trasa ilk çıxan pilot olmağı heç sevmirəm.
Buna baxmayaraq, son dövrəm həqiqətən çox təmiz alındı. Açığı, hər şey tam istədiyim kimi üst-üstə düşdü. Sıralama boyunca hər sessiyada bir qədər də inkişaf etdik. Sonda poul mövqeyini qazanmaq həqiqətən böyük məmnunluq verdi.
Gənc Mercedes pilotu poul dövrəsinə gedən yolda bolidin sazlamalarında heç bir mexaniki dəyişiklik etmədiklərini də açıqlayıb: “Bolidin sazlamalarında heç bir dəyişiklik etmədik. Sadəcə əyləc balansı və sürüş tərzim üzərində işlədik. Bu sahələrdə düzgün həlləri tapdıq və bunun sayəsində sıralama turu ərzində davamlı şəkildə inkişaf edə bildim”.




Şərh əlavə et