Xəbəri Kokpitdə Oxuyun!

Britaniya GP: Antonelli poulda, Ferrari onu izləyir

Britaniya Qran Prisində poul mövqeyini Kimi Antonelli qazanıb.

Sessiyadan əvvəl havanın temperaturu 25°C, asfaltın temperaturu isə 43°C ölçülüb. Son hazırlıqlardan sonra Q1-ə start verilib və Silverstounda sıralama turunun həyəcanı başlayıb.

Q1: Red Bull Hacarla zirvədə, Louson ikinci

18 dəqiqəlik Q1 sessiyasında Haas pilotu Oliver Berman 1:31.315 nəticə ilə təxminən beş dəqiqə ərzində lider olub. Berman bu müddətdə Esteban Okon, Niko Hülkenberq, Serxio Peres, Liam LousonLəns Stroll kimi pilotları arxada saxlayıb. Daha sonra favoritlərin sürətli dövrələri başlayıb.

Şarl Lekler ilk cəhdində vurduğu 1:29.534 nəticə ilə liderliyə yüksəlib. Lyuis Həmilton isə komanda yoldaşından təxminən 0.110 saniyə geri qalaraq ikinci olub.

Lando Norris 1:30.186 nəticə ilə üçüncü, Maks Ferstappen isə 1:30.219-la dördüncü pilləyə yüksəlib.

İlk sürətli dövrəsinə başlayan Corc Rassell döngədə sərt təkər bloklaması yaşayıb, çınqıllığa çıxaraq baryerlərə qədər sürüşüb. Onun ön sol təkəri baryerə yüngül toxunsa da, boliddə ciddi zədə yaranmayıb. Yalnız ön qanadda cüzi əyilmə müşahidə olunub və hadisədən sonra qısa müddətlik sarı bayraqlar göstərilib.

Rassell komandasına radio vasitəsilə belə deyib: “Karyeram ərzində nə belə bloklanma görmüşəm, nə də yaşamışam.”

Komanda rəhbəri Toto Volfun təəccübü də kameralara əks olunub. Rassell trasa qayıtdıqdan sonra bolidin yoxlanılması üçün boksa dönüb.

Q1-in bitməsinə üç dəqiqə qalmış ilk dövrəsini tamamlayan Rassell 1:29.985 nəticə ilə beşinci yerə yüksəlib. Üçüncü yerdə olan komanda yoldaşı Kimi Antonelli isə 1:30.261 nəticə göstərərək vaxtını yaxşılaşdıra bilməyib.

Ferstappen 1:29.549 nəticə ilə üçüncü yerə yüksəlib, komanda yoldaşı Ayzek Hacar isə 1:29.276 nəticə ilə liderliyi ələ keçirib.

Pyer Qasli 1:30.345 nəticə ilə mübarizəni davam etdirməyi bacarıb. Franko Kolapinto isə son anlarda yerində fırlanıb. Hadisədən sonra qısa müddətlik sarı bayraqlar göstərilib. Kolapinto baryerə dəymədən trasa qayıtsa da, Q1-də mübarizəni dayandırıb.

Beləliklə, Aston MartinCadillac pilotları ilə yanaşı Franko KolapintoEsteban Okon da Q1-də mübarizəni başa vurublar.

Əslində Qabriel Bortoleto ələnmək üzrə idi, lakin son cəhdində tempi artıraraq 12-ci yerə yüksəlib və növbəti mərhələyə vəsiqə qazanıb.

Trası təmizləmək üçün marşallara vaxt verildiyindən Q2 sessiyasının startı bir qədər gecikib.

Sıra Pilot Komanda Vaxt Fərq Dövrə
1 Ayzek Hacar Red Bull Racing 1:29.276 6
2 Liam Louson RB F1 Team 1:29.300 +0.024 9
3 Şarl Lekler Ferrari 1:29.534 +0.258 6
4 Niko Hülkenberq Audi 1:29.539 +0.263 9
5 Maks Ferstappen Red Bull Racing 1:29.549 +0.273 6
6 Lyuis Həmilton Ferrari 1:29.644 +0.368 5
7 Arvid Lindblad RB F1 Team 1:29.661 +0.385 8
8 Kimi Antonelli Mercedes 1:29.719 +0.443 6
9 Oskar Piastri McLaren 1:29.971 +0.695 6
10 Corc Rassell Mercedes 1:29.985 +0.709 5
11 Lando Norris McLaren 1:30.186 +0.910 5
12 Qabriel Bortoleto Audi 1:30.269 +0.993 4
13 Pyer Qasli Alpine 1:30.345 +1.069 6
14 Karlos Sayns Williams 1:30.562 +1.286 9
15 Oliver Berman Haas F1 Team 1:30.570 +1.294 9
16 Aleks Elbon Williams 1:30.638 +1.362 8
17 Esteban Okon Haas F1 Team 1:30.680 +1.404 9
18 Valtteri Bottas Cadillac-Ferrari 1:31.227 +1.951 8
19 Franko Kolapinto Alpine 1:31.321 +2.045 5
20 Serxio Peres Cadillac-Ferrari 1:31.940 +2.664 9
21 Ləns Stroll Aston Martin Racing 1:32.863 +3.587 9
22 Fernando Alonso Aston Martin Racing 1:32.888 +3.612 9

Q2: Antonelli son anda lider oldu, Ferrari Leklerin başçılığı ilə ilk üçlükdə

Q2-də ilk olaraq trasa çıxan Maks Ferstappen sürətli dövrəsinə başlamazdan əvvəl radio ilə belə deyib: “Mühərrik normal reaksiya vermir.”

Ferstappen 1:29.308, komanda yoldaşı Hacar isə 1:29.183 nəticə göstərərək müvəqqəti liderliyə yüksəlib.

Ardınca Ferrari pilotları sürətli dövrələrini tamamlayıblar. Şarl Lekler 1:29.069, Lyuis Həmilton isə 1:28.864 nəticə ilə rekord vuraraq ilk yerə yüksəlib.

Corc Rassell 1:28.920 nəticə ilə Lekleri geridə qoyaraq Həmiltonun arxasında ikinci olub. Komanda yoldaşı Kimi Antonelli isə sürətli dövrəsi zamanı trasın xaricinə çıxaraq cəhdini yarımçıq saxlayıb. Növbəti cəhdində 1:29.043 nəticə göstərərək Rassellin arxasında qərarlaşıb.

Sonrakı dəqiqələrdə Red Bull pilotları istisna olmaqla bütün sürücülər sazlamalar üçün boksa dönüblər. Təmiz trasda Ferstappen 1:29.113, Hacar isə 1:29.060 nəticə göstərib.

Dövrəsini tamamladıqdan sonra Ferstappen narazılığını belə ifadə edib: “Tam bir məyusluq, fəlakətdir.”

Sessiyanın son dəqiqələrində yenidən sürətli dövrələrə başlayan pilotlardan Şarl Lekler 1:28.626 nəticə ilə liderliyə yüksəlib. Lyuis Həmilton komanda yoldaşından 0.238 saniyə geri qalaraq ikinci olub.

Damalı bayraq dalğalandıqdan az sonra Kimi Antonelli 1:28.493 nəticə göstərərək Lekleri geridə qoyub və Q2-ni lider tamamlayıb.

Beləliklə, AudiWilliams pilotları ilə yanaşı Oliver BermanPyer Qasli də Q2-də mübarizəni dayandırıblar.

ıra Pilot Komanda Vaxt Fərq Dövrə
1 Kimi Antonelli Mercedes 1:28.493 13
2 Şarl Lekler Ferrari 1:28.626 +0.133 12
3 Lyuis Həmilton Ferrari 1:28.864 +0.371 11
4 Corc Rassell Mercedes 1:28.920 +0.427 11
5 İsak Həccar Red Bull Racing 1:29.069 +0.576 12
6 Maks Ferstappen Red Bull Racing 1:29.113 +0.620 12
7 Oskar Piastri McLaren 1:29.218 +0.725 12
8 Arvid Lindblad RB F1 Team 1:29.324 +0.831 14
9 Lando Norris McLaren 1:29.383 +0.890 11
10 Liam Louson RB F1 Team 1:29.429 +0.936 15
11 Qabriel Bortoleto Audi 1:29.461 +0.968 10
12 Pyer Qasli Alpine 1:30.063 +1.570 12
13 Niko Hülkenberq Audi 1:30.076 +1.583 15
14 Oliver Berman Haas F1 Team 1:30.501 +2.008 15
15 Karlos Sayns Williams 1:30.623 +2.130 15
16 Aleks Elbon Williams 1:30.743 +2.250 14

Q3: Antonelli poul qazandı, Ferrari ilk üçlükdə

Q3-də ilk sürətli dövrəsini tamamlayan Oskar Piastri 1:29.231 nəticə göstərib. Liam Louson son anda dövrəsini yarımçıq saxlayıb, Lando Norris isə 1:29.315 nəticə əldə edib.

Ferstappen qısa müddətlik liderliyə yüksəlsə də, daha sonra Şarl LeklerLyuis Həmilton onu geridə qoyublar. Son sözü isə Kimi Antonelli deyib. Gənc italiyalı pilot 1:28.385 nəticə ilə ilk cəhdlərdən sonra lider olub. Corc Rassell komanda yoldaşından cəmi 0.096 saniyə geri qalıb.

Ardıcıl sürətli dövrələrdən sonra bütün pilotlar sazlamalar və məlumatların təhlili üçün boksa qayıdıblar.

Q3-ün başa çatmasına təxminən üç dəqiqə yarım qalmış pilotlar yenidən trasa çıxaraq poul uğrunda son cəhdlərini ediblər. İlk dövrəyə başlayan Antonelli öz nəticəsini daha da yaxşılaşdıraraq 1:28.111 nəticə göstərib.

Lyuis HəmiltonŞarl Lekler Antonellinin tempinə çata bilməsələr də, Corc Rasselli geridə qoyublar. Bununla Lekler ikinci, Həmilton isə üçüncü pilləyə yüksəlib.

Beləliklə, 2026-cı il Britaniya Qran Prisinin poul mövqeyi Kimi Antonelliyə qismət olub.

Sıra Pilot Komanda Vaxt Fərq Dövrə
1 Kimi Antonelli Mercedes 1:28.111 19
2 Şarl Lekler Ferrari 1:28.286 +0.175 18
3 Lyuis Həmilton Ferrari 1:28.458 +0.347 17
4 Corc Rassell Mercedes 1:28.481 +0.370 17
5 İsak Həccar Red Bull Racing 1:28.746 +0.635 18
6 Lando Norris McLaren 1:28.877 +0.766 17
7 Maks Ferstappen Red Bull Racing 1:28.893 +0.782 18
8 Oskar Piastri McLaren 1:29.032 +0.921 18
9 Arvid Lindblad RB F1 Team 1:29.305 +1.194 17
10 Liam Louson RB F1 Team 1:29.716 +1.605 20

 

Rauf Hacıyev

Şərh əlavə et