Britaniya Qran Prisinin sprint yarışında damalı bayrağı üçüncü sırada keçərək podiuma yüksələn Lando Norris sessiyadan sonra verdiyi açıqlamada nəticədən razı qaldığını, lakin ön qrupun tempinə çatmağın mümkün olmadığını bildirib.
Yarışa yaxşı başladığını vurğulayan britaniyalı pilot deyib: “Çox yaxşı yarış oldu və öz adıma çox, çox xoşbəxtəm. Əla start aldım və ilk dövrəni uğurla keçdim. Ferrari-nin tempinə ayaq uydurmaqda çətinlik çəkdik. Amma arxamdakı Corc və digər rəqiblərlə maraqlı mübarizə apardım. Bu nəticə mənim üçün xoş sürpriz oldu. Lakin sonda bu, sadəcə sprint yarışıdır və sabah əsas yarışa hər şeyə sıfırdan başlayacağıq”.
Norris yarışın son dövrələrində üzləşdiyi təzyiq və bolidin vəziyyəti barədə də danışaraq bazar günü üçün inkişaf etməli olduqları məqamların olduğunu qeyd edib: “Boliddə mütləq yaxşılaşdıra biləcəyimiz bir neçə xırda detal var. Bununla belə, ümumilikdə yaxşı yarış keçirdik və vacib xallar qazandıq. Yarışda əlimdən gələni etdim. Ancaq buna baxmayaraq, son dövrələrdə Corc aramızdakı fərqi çox sürətlə bağlayırdı”.




Şərh əlavə et