Xəbəri Kokpitdə Oxuyun!

Həmilton: Antonelli məni sadəcə keçib getdi

Ferrari  komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Kimi Antonelliyə qarşı müdafiə olunmaq çox mümkünsüzləşib.

Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempionu Böyük Britaniya Qran Prisinin sprint yarışına pouldan başlasa da, yarış ərzində Mercedes pilotu Kimi Antonelli ilə mübarizədə üstünlüyünü qoruya bilməyib və finişə ikinci çatıb.

Lyuis Həmilton: “Çətin yarış oldu. Uzun müddət Mercedes-i arxamda saxlamağa çalışdım. O, mənimlə fərqi  bir saniyədən aşağı endirən kimi başa düşdüm ki, gec-tez məni ötəcək.

Dünən də demişdim ki, belə bir ssenari mümkündür. Görünür, güclü külək də buna təsir etdi. Arxa düzlükdə çox güclü külək var idi və o, sadəcə yanımdan keçib getdi.

Mən qaz pedalına bacardığım qədər basırdım, əlimdən gələni etdim, 100 faizimi ortaya qoydum. Lakin Kimini təbrik edirəm. Biz isə fərqi azaltmaq üçün işləməyə davam etməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et