Kokpit.az xatırladır ki, italyan sürücü Silverstoundakı yarışa ikinci yerdən başlasa da, yarışın 8-ci dövrəsində Lyuis Həmiltonu geridə qoyub və aktivinə daha 8 xal yazıb.
Kimi Antonelli: “İlk on dövrə, Lyuis Həmiltonla mübarizə apardığımız hissə çox maraqlı və əyləncəli keçdi! Hər ikimiz maksimum hücum edirdik. Ötmə rejimindən istifadə edə bildiyim anda bunun önə keçmək üçün əla fürsət olduğunu anladım.
Dördüncü döngədən çıxışda buna çox yaxın idim. Bruklənds döngəsinə girişdə artıq Lyuisin Ferrari-si ilə yanaşı gedirdim, amma o, Boost rejimini aktivləşdirdi və mən gözləməyi qərara aldım. Daha sonra Stouv döngəsindən əvvəl əlimdə olan bütün resurslardan istifadə etdim və ötməni reallaşdırdım.
Həmin andan sonra əsas məqsədim tempi qorumaq və Lyuisdən kifayət qədər uzaqlaşmaq idi ki, o, ötmə rejimindən istifadə edə bilməsin. Bundan sonra isə finişə qədər səhvsiz çatmaq lazım idi.
Hazırda yaxşı tempimiz var və komanda ilə birlikdə işimizi uğurla görürük. Amma rahatlaşa bilmərik.
Lyuis və Ferrari də inanılmaz işləyirlər. Red Bull və McLaren getdikcə sürətlənir. Komanda yoldaşım Corc Rassell də çox sürətlidir. Buna görə də məqsədimiz hər dəfə çıtanı bir az da yüksəltmək və yüksək nəticələr göstərməyə davam etməkdir”.




Şərh əlavə et