Racing Bulls və Williams pilotları təsnifatın ilk sessiyasında təhlükəsizlik avtomobilinin ikinci və birinci xətləri arasındakı hissəni keçmək üçün müəyyən edilmiş maksimum vaxtı aşıblar.
Lindblad bu sektoru normadan 14,4 saniyə, Elbon isə 4,6 saniyə gec tamamlayıb.
Araşdırmanın nəticəsində müəyyən olunub ki, hər iki pilot bunu sürətli dövrəyə başlamazdan əvvəl batareyada daha çox enerji toplamaq məqsədilə edib və onların hərəkətləri digər sürücülərə mane olmayıb.
Bu səbəbdən stüardlar hər iki sürücüyə yalnız xəbərdarlıq veriblər. Onlara əlavə idman cəzası tətbiq olunmayıb.




Şərh əlavə et