Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Ferrari inkişaf edib

Mercedes komnadasının sürücüsü Kimi Antonelli Silverstounda sprint təsnifat mərhələsində ikinci nəticəni göstərib. Çempionatın lideri poulun sahibi Lyuis Həmiltondan cəmi 0,011 saniyə geri qalıb.

İtaliyalı sürücü etiraf edib ki, Ferrari hazırda üstün görünür, lakin buna baxmayaraq, sprint yarışında qələbə uğrunda mübarizə aparmaq niyyətindədir.

Kimi Antonelli: “Fərqlər çox kiçik idi. Ona görə də poula bu qədər yaxın olub onu əldən vermək bir az təəssüf doğurur. Düzünü desəm, təsnifatın ilk hissəsini heç də yaxşı keçirmədim. Sükan arxasında özümü rahat hiss etmirdim, buna görə ikinci sessiyadan əvvəl balansda kiçik dəyişikliklər etdik. Bundan sonra maşının davranışı birdən-birə yaxşılaşdı və sürətimiz geri qayıtdı.

Son sessiyada daha yaxşı dövrə vurmaq mümkün idi, amma ümumilikdə yaxşı nəticə alındı. Sadəcə Lyuisin vaxtına çatmaq üçün çox az çatmadı. Onu təbrik edirəm, biz isə diqqətimizi sabahkı yarışa yönəldəcəyik.

Maşınımız yaxşı idarə olunurdu, lakin Ferrari inanılmaz irəliləyiş edib. Buna görə onlarla mübarizə aparmaq asan olmayacaq. Üstəlik, Lyuis də əla formadadır. Biz belə çağırışları sevirik və maksimum nəticə əldə etməyə çalışacağam.

Əlbəttə, sprintdə qələbə uğrunda mübarizə aparmaq niyyətindəyəm. Bunun üçün əlimizdən gələni edəcəyik. Asan olmayacaq, amma hər şey mümkündür və biz də yaxşı nəticə qazanmağa çalışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et