Kokpit.az xatırladır ki, italyan sürücü hazırda 171 xalla Sürücülər Çempionatında liderdir. Onu 131 xalla komanda yoldaşı Corc Rassell izləyir.
Kimi Antonelli: “Avstriyada yarışın bu qədər tez başa çatmasından narazı qaldım. Liderlərlə mübarizə aparmaq üçün mənə bir neçə dövrə çatmadı. Onları keçməyə çalışmaq istəyirdim. Digər tərəfdən isə 71 dövrə qət etdik, buna görə də çox şikayət etməyə əsas yoxdur.
Son iki yarış bizim üçün uğursuz alındı. Barselonada hər şey yaxşı gedirdi, amma maşın sıradan çıxdı. Avstriyada isə maşın yaxşı idi, sadəcə sıralanma turunda bir qədər həddi aşdım və ondan maksimumu ala bilmədim. Buna baxmayaraq, çempionatda liderliyimi qorudum və bu həftəsonunda mümkün olan ən yaxşı nəticəni qazanmaq istəyirəm.
Ən vacib dərslərdən biri odur ki, hər vəziyyətə hazır olmalı, hər fürsətdən istifadə etməli və hər məşq sessiyasından maksimum faydalanmalısan. Çünki heç vaxt nə baş verəcəyini bilmirsən. Elə həftəsonları olur ki, maşında özünü rahat hiss etmirsən. Belə anlarda diqqəti itirməmək, konsentrasiyanı qorumaq və məqsədə doğru çalışmağa davam etmək vacibdir.
Mən Corcu nəyin bahasına olursa-olsun keçməyə çalışmayacağam. Belə yanaşsam, yalnız bir məqsədə fokuslanaram və digər vacib məqamları gözdən qaçıraram. Əlbəttə, onun doğma trasında onu geridə qoymaq mənim üçün mühüm nəticə olardı. Ancaq məsələ yalnız onun britaniyalı olması deyil. Nəzəri baxımdan bu tras onun sürücülük üslubuna çox uyğundur. Baxmayaraq ki, yaxın vaxtlarda eyni sözləri Barselona barədə də deyirdilər”.




Şərh əlavə et