Xəbəri Kokpitdə Oxuyun!

Honda yeni motorun tarixini açıqlayıb

Honda Zandfort mərhələsi üçün Aston Martin-in yeni mühərriyini hazırlayır.

Honda Racing-in baş mühəndisi və yarış briqadasının rəhbəri Şintaro Orihara Silverstounda jurnalistlərə açıqlamasında bildirib ki, Yaponiya istehsalçısı yay fasiləsindən sonrakı ilk mərhələ olan Zandfort Qran Prisi üçün Aston Martin-ə yeni güc qurğusu hazırlayır.

Şintaro Orihara: “Məqsədimiz Zandfort mərhələsinə qədər Honda-nın yeni güc qurğusunu hazır vəziyyətə gətirməkdir.

Biz çoxsaylı kiçik yeniləmələr əvəzinə, bir böyük yenilənmə strategiyasını seçmişik. Düşünmürəm ki, tək bu addımla Mercedes və Red Bull-un mühərriklərinə çata  biləcəyik. Lakin Zandfortda kifayət qədər böyük irəliləyiş əldə edəcəyik.

Bundan sonra əsas rəqiblərimizə çatmaq üçün daha bir addım atmalı olacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et