Kokpit.az xatırladır ki, britaniyalı sürücü son iki yarışda çempionatın lideri Kimi Antonelli ilə fərqi 28 xal azaldıb.
Corc Rassell: “Özümə 100 faiz əminəm. İndi eyni inamı maşında hiss etməyim qalıb.
Əgər keçən il sessiyadan əvvəl məndən maşının vəziyyətinə və yaxşı nəticə göstərəcəyimə nə dərəcədə əmin olduğumu soruşsaydınız, inamım indiki ilə müqayisədə daha yüksək olardı. Çünki həm maşını, həm də təkərləri bu ildəkindən daha yaxşı başa düşürdüm. Yeni maşını hələ tam anlamamışıq, amma hər yarışdan sonra vəziyyət yaxşılaşır.
İndiyədək maşın hər yarışda kifayət qədər sabit performans nümayiş etdirib. Bununla belə, digər komandaların hazırladığı yeniliklərin sayına təəccüblənirik. Ola bilsin ki, mövsümün sonuna doğru bunun mənfi təsirlərini hiss etsinlər.
Bizim də öz inkişaf planımız var və ona sadiq qalırıq. Yay fasiləsində qərar verəcəyik ki, bu yenilikləri mümkün qədər tez tətbiq edək, yoxsa çempionatdakı vəziyyət bizə tələsməməyə imkan verir. Bu, həmişə düzgün balans tapmaq məsələsidir”.




Şərh əlavə et