Spa-Frankorşam trasında italyan istehsalçı orta sərtlik diapazonuna aid C2, C3 və C4 tərkiblərini gətirəcək. Belçika trasında təkərlərə düşən yük çox yüksəkdir və bu göstəriciyə görə yalnız Silverstoun və Suzuka traslarından geri qalır. Bu səbəbdən Pirelli etibarlılığı sübut olunmuş klassik seçimə üstünlük verib.
Macarıstan Qran-prisində isə ən yumşaq tərkiblərdən istifadə olunacaq. Burada C3 sərt (Hard), C4 orta (Medium), C5isə yumşaq (Soft) təkər kimi komandaların ixtiyarında olacaq.




Şərh əlavə et