Xəbəri Kokpitdə Oxuyun!

Formula 1 Silverstounla əbədi müqaviləyə hazırdır

Böyük Britaniya Qran Prisi ərəfəsində Silverstoun trasının sahiblərinə yarışı həmişəlik təqvimdə saxlaya biləcək yeni müqaviləni müzakirə etmək təklif olunub.

Formula 1-in icraçı direktoru Stefano Domenikali Silverstoun uik-endini dörd gün ərzində 565 000 tamaşaçının izləyəcəyindən təsirlənib. Bu, 31 il əvvəl Adelaidada müəyyənləşdirilmiş tamaşaçı rekordu ilə müqayisədə 45 000 nəfər çoxdur. Bazar günü keçiriləcək yarışa isə 175 000 bilet satılıb ki, bu da yeni rekorddur.

Stefano Domenikali: “Mən yeni müqaviləni müzakirə etməyə hazıram. Sadəcə masa arxasına əyləşib danışıqlara başlamaq lazımdır. Silverstoun həmişə təqvimdə olmağa layiqdir. Böyük Britaniyada başqa belə yer yoxdur, nə Brends-Hetç, nə də Donington Formula 1 üçün tələb olunan tutuma malikdir. Biz artıq həddindən artıq böyümüşük.

Burada bu qədər çox insanın gəlişi ilə bağlı istənilən logistik problemləri minimuma endirmək üçün yaxşı iş görürlər və bu, əladır!

Bu, o demək deyil ki, Silverstoun hər il təqdim etdiyi xidmətlərin keyfiyyətini yaxşılaşdırmağa çalışmamalıdır. Bu, Formula 1-dir. Onlar ənənələrinə arxalanaraq rahatlaşa bilməzlər, amma son bir neçə ildə azarkeşlərə ən yaxşı məhsulu təqdim etməyin vacibliyini anlayıblar”.

Gilanur Huseynova

Şərh əlavə et