Kokpit.az xəbər verir ki, cümə günü gündüz hava 25°C olacaq, yağıntı gözlənilmir, qərb küləyi isə arabir güclənəcək. Şənbə günü həm istilər, həm də küləyin gücü artacaq. Gündüz temperatur 27°C-yə çatacaq, yağış ehtimalı isə 18% təşkil edəcək.
Bazar günü də hava 28°C olacaq, günəşli və yağıntısız keçəcək.
Xatırladaq ki, ötən il Britaniya Qran Prisi dəyişkən hava şəraitində keçib, yarış zamanı isə yağış yağıb.




Şərh əlavə et