Xəbəri Kokpitdə Oxuyun!

McLaren xüsusi rəng çalarını təqdim edib

McLaren komandası Britaniya Qran Prisi üçün papaya rəng çalarını bir kənara qoyaraq, komandanın Formula 1 tarixindəki ilk bolidi olan M2B modelindən ilhamlanan ağ və yaşıl rəng çalarlarına malik xüsusi dizaynla yarışacağını açıqlayıb.

Vokinq təmsilçisi Silverstounda keçiriləcək yarışda komandanın qurucusu Brüs MaklarenKris Amonun 1966-cı ildə ilk Formula 1 mövsümündə istifadə etdiyi əfsanəvi M2B bolidinə ehtiramını nümayiş etdirəcək.

McLaren-in Formula 1-də debütünün və Britaniya Qran Prisində qazandığı ilk xalların 60 illiyi münasibətilə hazırlanan bu nostalji dizayn komandanın bu il Monakoda keçirilən 1000-ci yarışını qeyd etmək üçün istifadə etdiyi xüsusi rəng çalarlarından sonra mövsümdəki ikinci xüsusi görünüşü olacaq.

McLaren-in marketinq direktoru Luiza Makuen yeni dizayn və komandanın tərəfdaşlıqları barədə bunları deyib: “Silverstoun üçün hazırladığımız bu dizayn haradan başladığımızın və o gündən bəri qurduğumuz hər şeyin bir bayramıdır. McLaren M2B dayanmadan yenilik etməyi və mümkün olanlara inanmağı təcəssüm etdirən bir yolun başlanğıcı idi. Bu dizayn da məhz həmin ruhu yenidən canlandırır.

Google Gemini ilə tərəfdaşlığımız da eyni prinsiplər üzərində qurulub. Birlikdə texnologiyanın həm trasda, həm də trasdan kənarda yenilik etmək, inkişaf etmək və performansı daha da irəli aparmaq üçün hansı yeni imkanlar yaratdığını araşdırırıq.

Bu xüsusi dizayn gələcəyə qətiyyətlə baxarkən, eyni zamanda irsimizə hörmətimizi ifadə edən ortaq düşüncə tərzimizin güclü təcəssümüdür.

Rauf Hacıyev

Şərh əlavə et