Lekler Meksikada ardıcıl ikinci poulu qazanıb

Lekler Meksikada ardıcıl ikinci poulu qazanıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mexikodakı trasda ötmələr asan olmasa da, poulu qələbəyə çevirmək elə də asan deyil – bunu əvvəlki illərdə müşahidə etmişik.

Kokpit.az bildirir ki, hər üç məşqdə ən sürətli sürücü Maks Ferstappen olub. Lakin nəticələrin sıx olması da gözdən qaçmayıb.

Pirelli bura ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib.

İlk sessiyada Mercedes, Ferrari və McLaren sürücüləri Medium, qalanları isə Soft təkərlərlə mübarizəyə başlayıb. Lakin ikinci cəhdlərdə hamı ən yumşaq tərkiblərə üstünlük verib. Nəticələr getdikcə yaxşılaşıb. Sarcentin nəticəsi trasdan tam çıxdığı üçün ləğv edilib və o, heç bir nəticə göstərə bilməyib – yarışa çıxması üçün stüardların razılığına ehtiyac olacaq.

Alonso sessiyanın sonlarında yerində fırlanaraq ilk sektorda sarı bayraqlara səbəb olub və bir çox sürücü sürətli dövrəsini vura bilməyib. Sarcent, Norris, Stroll, Manqussen və Okon üçün şənbə günü başa çatıb.

İkinci sessiya başlamazdan əvvəl Həmilton, Sarcent və Tsunodanın sarı bayraqlar altında yavaşlamadıqları üçün, Rassell, Norris və Çjounun isə olduqca yavaş davrandıqları üçün sıralanma turundan sonra araşdırılacaqları bildirilib. Bu dəfə hamı Soft təkərlərlə başlayıb. Həmilton 1:17.571 ilə ən sürətli olub. Tsunoda, Elbon, Alonso, Hülkenberq və Qasli ilk onluğa düşə bilməyiblət.

Son sessiyada yenə hamı yumşaq təkərlərlə trasa çıxıb. Lekerlin ilk cəhdi uğurlu alınıb – 1:17.166.Ferstappensəkkizinci döngədə bordürlərə hücumdan sonra maşnın altlığının yoxlanılmasını xahiş edib. Niderlandlı sürücü ikinci cəhdində yalnız üçüncü olan nəticəsini yaxşılaşdırmaqla kifayətlənib.

Şarl Lekler ardıcıl ikinci, mövsümdə dördüncü, karyerasında isə 22-ci poulunu əldə edib. Sabahkı yarışa onun yanından komanda yoldaşı Karlos Sayns başlayacaq. Onların arxasındakı cərgədə isə Maks Ferstappen və sürprizə imza atmış Daniel Rikkardo qırmızı işıqların sönməsini gözləyəcəklər.

Bizi sabah çox maraqlı yarış gözləyir…

Bunları da oxuyun

Şərh əlavə et