İddia: Red Bull haqqındakı qərar dəyişməyəcək

İddia: Red Bull haqqındakı qərar dəyişməyəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull Formula 1-də ən güclü mühərriyə sahib olduğu barədə FIA-nın qərarına etiraz etsə də, hazırkı məlumatlara görə qərarın dəyişdirilməsi ehtimalı çox aşağı qiymətləndirilir.

Red Bull, FIA-nın güc qurğularının performansını qiymətləndirən analizlərində niyə özlərini Mercedes və Ferrari kimi yarış qazanan istehsalçıların da önündə – yəni ilk sırada göstərdiyini aydınlaşdırmaq üçün federasiya ilə müzakirələr aparırdı. İlkin qiymətləndirmənin nəticələrinə əsasən Red Bull yeni ADUO sistemi çərçivəsində heç bir mühərrik yeniləməsi edə bilməyəcək.

Red Bull-un komanda rəhbəri Loran Mekis Barselona Qran Prisi zamanı verdiyi açıqlamada mövsümün ilk yarışlarında toplanan bütün məlumatların çempionat lideri Mercedes-in mühərrik baxımından üstün olduğunu göstərdiyini bildirmişdi.

Komanda rəhbəri Loren Mekis demişdi: “FIA ilə daha ətraflı müzakirə aparmaq istəyirik. Çünki əlimizdə Mercedes-lə müqayisədə hətta kiçik də olsa üstünlüyümüz olduğunu göstərən heç bir məlumat yoxdur”.

FIA-nın ADUO reytinqi yalnız daxiliyanma mühərriyinin performansına əsaslanır. Batareya və enerji bərpa sistemlərinin yaratdığı üstünlük bu hesablamaya daxil edilmir. Red Bull-un müraciətindən sonra FIA may ayının sonundakı Kanada Qran Prisinə qədər toplanmış bütün məlumatları yenidən nəzərdən keçirməyə razılıq vermişdi.

Əldə olunan məlumata görə, bu araşdırma artıq yekunlaşmaq üzrədir. Lakin FIA-nın Red Bull-un daxiliyanma mühərriyinin Mercedes-dən ən azı 2 faiz üstün olduğu barədə ilkin qənaətinin yanlış olduğunu göstərən heç bir məlumat ortaya çıxmayıb.

Bu isə o deməkdir ki, üç həftə əvvəl Monako Qran Prisində komandalara rəsmi məktubla çatdırılan qərar qüvvədə qalacaq.

Red Bull ilə bəzi texniki detallar hələ də müzakirə olunsa da, FIA-nın rəsmi ADUO nəticələrini gələn ay keçiriləcək Belçika Qran Prisindən əvvəl açıqlaması gözlənilir.

Mənbələrin bildirdiyinə görə, FIA qərarın səbəblərini Red Bull-a mümkün qədər şəffaf şəkildə izah etməyə hazırdır. Bununla belə, digər mühərrik istehsalçılarının performansına dair bəzi məxfi məlumatlar konfidensiallıq səbəbindən paylaşılmayacaq.

Qərarın dəyişməsi ehtimalı zəif göründüyündən, Red Bull hazırda güc qurğusunu yeniləyə bilməyən yeganə istehsalçı olmaq reallığı ilə üz-üzə qalıb.

Digər tərəfdən, Ferrari ADUO sistemindən istifadə edərək Avstriya Qran Prisinə mövsümün ilk performans yeniləməsini artıq gətirib. Audi-nin isə Barselonada idarəolunmanı yaxşılaşdırmağa yönəlmiş yeni komponentlərdən istifadə etdiyi məlumdur.

Honda da builki yeniləmə hüquqlarından birini yay fasiləsi ətrafında, ən tez Belçika Qran Prisində istifadəyə verməyi planlaşdırır.

Red Bull-un Monakodan Macarıstan Qran Prisinədək davam edəcək ikinci qiymətləndirmə mərhələsində ADUO hüququ əldə edib-etməyəcəyi isə tamamilə Mercedes-in daxiliyanma mühərriyində əlavə performans artımı edib-etməyəcəyindən asılı olacaq.

Əgər Mercedes bu müddətdə mühərriki inkişaf etdirməsə və diqqətini güc qurğusunun digər elementlərinə yönəltsə, Red Bull yenidən ən güclü daxiliyanma mühərriyinə malik istehsalçı kimi qiymətləndiriləcək. Bu isə Avstriya təmsilçisinin daha bir qiymətləndirmə dövrü ərzində mühərrik yeniləməsi edə bilməyəcəyi anlamına gələ bilər.

Bunları da oxuyun

Şərh əlavə et