FIA-da prezidentlik üçün müddət məhdudiyyəti ləğv edilib

FIA-da prezidentlik üçün müddət məhdudiyyəti ləğv edilib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

FIA Baş Assambleyasında qəbul edilən qərarla, FIA prezidenti də daxil olmaqla qurum daxilindəki vəzifələr üçün tətbiq olunan müddət məhdudiyyəti aradan qaldırılıb.

Makao şəhərində keçirilən FIA-nın növbədənkənar Baş Assambleyasında dünyanın müxtəlif ölkələrindən gələn üzv klublar və nümayəndələr federasiyanın nizamnaməsi və daxili qaydalarına dair bir sıra dəyişiklikləri təsdiqləyiblər.

FIA-nın iclasın yekunlarına dair yaydığı açıqlamada diqqət çəkən məqamlardan biri də federasiyanın idarəetmə orqanları üçün nəzərdə tutulan müddət məhdudiyyətinin ləğvi olub.

İndiyədək FIA prezidenti və müxtəlif idarəetmə orqanlarının üzvləri üçün ümumilikdə 12 illik fəaliyyət limiti mövcud idi. Yeni qərarla bu məhdudiyyət aradan qaldırılıb.

FIA bildirib ki, bu dəyişiklik  Ümumdünya Avtoidman Şurası və FIA Senatı ilə uyğunluğun təmin edilməsi məqsədilə həyata keçirilib. Həmin iki qurumda əvvəllər də müddət məhdudiyyəti tətbiq olunmurdu. Qərarın FIA prezidenti Mohammed Ben Sulayem tərəfindən irəli sürüldüyü və nümayəndələrin böyük əksəriyyətinin dəstəyi ilə qəbul edildiyi bildirilib.

FIA həmçinin prezident seçkilərində iştirak edəcək namizədlər üçün uyğunluq meyarlarını da sərtləşdirib.

Federasiyanın açıqlamasında deyilir: “FIA prezidentliyi üçün uyğunluq meyarları gücləndirilib və prezident siyahısında yer alan digər namizədlər üçün mövcud meyarlarla daha uyğun hala gətirilib”.

Bundan əlavə, Namizədlərin İrəli Sürülməsi Komitəsinin adı “Uyğunluğun Qiymətləndirilməsi Komitəsi” olaraq dəyişdirilib.

Yeni qaydalara əsasən, prezidentliyə namizədlər FIA üzvü olan klubda və ya FIA-nın tərkibində fəaliyyət göstərən təşkilatlardan birində yüksək səviyyəli təcrübəyə malik olduqlarını sübut etməli olacaqlar.

Bu dəyişikliklərin gələcəkdə FIA prezidentliyinə namizəd olmaq istəyən şəxslər üçün daha yüksək tələblər müəyyənləşdirdiyi qeyd olunur. Nəzəri baxımdan, yeni nizamnamə dəyişiklikləri seçkidə məğlub olmadığı və ya yaş həddinə çatmadığı müddətdə fəaliyyətdə olan FIA prezidentinə vəzifəsini müddətsiz davam etdirmək imkanı verir.

Hazırda 64 yaşı olan Mohammed Ben Sulayem 2025-ci ilin sonunda rəqibsiz şəkildə ikinci dördillik prezidentlik müddətinə yenidən seçilib. Yeni qaydalara əsasən o, 2029-cu ildə üçüncü müddət üçün də namizəd ola biləcək. Lakin hazırkı qaydalara görə FIA prezidenti üçün 70 yaş həddi qüvvədə qalır və onun üçüncü müddətin sonunda bu həddə çatacağı gözlənilir.

Qərardan sonra Mohammed Ben Sulayem bunları deyib: “Üzvlərimiz tərəfindən bu gün təsdiqlənən qərarlar federasiya olaraq birlikdə əldə etdiyimiz inkişafı əks etdirir Daha güclü idarəetmə, maliyyə intizamı və aydın uzunmüddətli baxış sayəsində üzvlərimizi daha yaxşı dəstəkləyən, çempionatlarımızı gücləndirən və bütün dünyada avtoidman ilə mobilliyin inkişafına töhfə verən bir FIA qururuq”.

Bunları da oxuyun

Şərh əlavə et