P.Qasli Monakoda qazandığı kuboku alıb

P.Qasli Monakoda qazandığı  kuboku alıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Pyer Qasli Monako Qran Prisində qazandığı üçüncülük kubokunu yarışdan iki həftədən çox vaxt keçdikdən sonra təhvil alıb.

Fransalı sürücü Monakoda yarışı ilk üçlükdə başa vursa da, yarışdan sonra aldığı iki ayrı 5 saniyəlik cəza səbəbindən damalı bayraqdan sonrakı yekun sıralamada geriləmişdi.

Alpine yarışın nəticələrinə etiraz edərək pilotun pit yolunda sürət limitini aşdığı iddiası ilə verilən cəzaların ləğv olunmasını tələb etmişdi. Komandanın müraciəti qəbul edilmiş və sözügedən cəzələr qüvvədən salınmışdı.

Bununla da Qasli yenidən üçüncü pilləyə yüksəlmişdi. Nəticədə Red Bull komandasının pilotu Ayzek Hacar isə yeni komandası ilə qazandığı ilk podium nəticəsini itirmişdi.

Qərardan sonra Qasli Monako Qran Prisində əldə etdiyi üçüncülük kubokuna da qovuşub. Lakin buna baxmayaraq, yarışın yekun nəticələri hələ də tam rəsmiləşməyib.

Red Bull və McLaren Alpine-in xeyrinə çıxarılan qərarın öz nəticələrinə təsir etdiyini bildirərək ayrı-ayrılıqda etiraz ediblər.

Hazırda həmin etirazların nə vaxt yekunlaşacağı məlum deyil. Məsələ ilə bağlı qərarın qarşıdakı bir neçə həftə ərzində veriləcəyi gözlənilir.

Bunları da oxuyun

Şərh əlavə et