FIA oktyabr ayını könüllülərə və yarış rəsmilərinə həsr edəcək

FIA oktyabr ayını könüllülərə və yarış rəsmilərinə həsr edəcək
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

FIA yarışların keçirilməsini mümkün edən minlərlə könüllü və yarış rəsmisini şərəfləndirmək məqsədilə 2026-cı ilin oktyabr ayının bir daha bu təşəbbüsə həsr olunacağını açıqlayıb.

Makao şəhərində keçirilən FIA Konfransı zamanı elan olunan ikinci “FIA Könüllülər və Yarış Rəsmiləri Ayı” hər il 60 mindən çox avtoidman tədbirinin təşkilinə dəstək verən təxminən 300 min könüllü, marşal və yarış rəsmisini diqqət mərkəzinə çıxaracaq. Təşəbbüsün məqsədi yalnız mövcud könüllülərin əməyini qiymətləndirmək deyil, həm də yeni nəslin avtoidmana cəlb olunmasını təşviq etməkdir.

Formula 1 və Dünya Ralli Çempionatından tutmuş kartinq və yerli klub yarışlarına qədər könüllülər bayraq marşallığı, tibbi dəstək, xilasetmə əməliyyatları və digər vacib vəzifələri yerinə yetirərək böyük yarışların keçirilməsində mühüm rol oynayırlar.

FIA prezidenti Mohammed Ben Sulayem ötən il ilk dəfə keçirilən kampaniyanın uğurunun bu görünməyən əmək qüvvəsinin qiymətləndirilməsinin nə qədər vacib olduğunu göstərdiyini bildirib: “Könüllülər və yarış rəsmiləri idmanımızın can damarıdır.

Onların fədakarlığı, peşəkarlığı və ehtirası olmasaydı, nə traslarda, nə də ralli mərhələlərində yarışlar keçirilə bilərdi. Keçən il ilk Könüllülər və Yarış Rəsmiləri Ayını başlatdıq və federasiyamızın bütün üzvləri könüllülərin üzərinə düşən həyati rolu qeyd etmək üçün bir araya gəldilər.

İcma olaraq oktyabr ayında yenidən birləşib könüllülərimizi və yarış rəsmilərimizi qeyd edəcəyimiz üçün qürur duyuram”.

FIA bildirib ki, təşkilata üzv olan 149 klub ay ərzində müxtəlif tədbirlər keçirəcək. Bu tədbirlər arasında dünya çempionatları çərçivəsində xüsusi proqramlar, könüllülər üçün mükafatlandırma mərasimləri və yeni könüllülərin hazırlanmasına yönəlmiş təlim kursları da yer alacaq.

FIA-nın idman məsələləri üzrə baş katibi Valerio Yakittsi isə qurumun yarış rəsmilərinin hazırlığına verdiyi önəmi vurğulayıb: “Oktyabr ayında keçiriləcək ikinci FIA Könüllülər və Yarış Rəsmiləri Ayı idmanımızı yerli yarışlardan dünya çempionatlarına qədər ayaqda saxlayan insanların əməyini ön plana çıxarmaq üçün əla fürsət olacaq.

FIA Yarış Rəsmiləri Departamenti vasitəsilə könüllülərə və rəsmilərə əvvəlkindən daha çox təhsil və inkişaf imkanı təqdim edir, dünyanın hər yerində avtoidmanın keçirilməsini təmin edən insanlara tam dəstək veririk”.

Bu təşəbbüs 2025-ci ildə həyata keçirilən və mükafat proqramları, pərdəarxası materiallar, eləcə də yeni yarış rəsmilərinin cəlb olunmasına yönəlmiş kampaniyaları əhatə edən layihələrin davamı hesab olunur.

FIA həmçinin açıqlamanın bir hissəsi olaraq 2025-ci ildə “FIA İlin Yarış Rəsmisi” seçilən Stefen Hardin1 barədə də məlumat verib.

Hardinq uzun illər ərzində həm Cənubi Afrikada, həm də Afrika qitəsinin müxtəlif ölkələrində avtoidmanın inkişafına xidmət edib. O, turinq avtomobilləri, ralli, ralli-kross, Formula E və ralli-reyd çempionatlarında rəhbər vəzifələrdə çalışıb. FIA xüsusilə onun gənc yarış rəsmilərinə mentorluq etməsini və yeni nəsil təşkilatçıların yetişdirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Əksər bölgələrdə könüllülərin gecə-gündüz çalışdığı və avtoidmanın qlobal miqyasda böyüməyə davam etdiyi bir dövrdə FIA ümid edir ki, oktyabr ayında keçiriləcək tədbirlər həm bu işə illərini həsr etmiş insanları şərəfləndirəcək, həm də yeni könüllüləri avtoidmanın pərdəarxasına cəlb edəcək.

Bunları da oxuyun

Şərh əlavə et