N.de Friz AlphaTauri ilə ayrılır?

N.de Friz AlphaTauri ilə ayrılır?
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Niderland mətbuatının verdiyi xəbərə görə Nik de Friz artıq AlphaTauri ilə yollarını ayırıb və onu Daniel Rikkardo əvəz edəcək.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü 2021-ci ildə Formula E-də Dünya Çempionu olmuş və 2022-ci ilin İtaliya yarışında Williams komandasında xəstələnmiş Aleks Elbonu əvəzləmişdi. Nik o yarışda ilk dəfə Formula1-də debüt etsə də, xal qazanmış və diqqətləri üzərinə cəmləmişdi.

Belə olan halda Red Bull-un kiçik qardaşı olan AlphaTauri komandası onu Pyer Qaslinin əvəzinə komandaya gətirmişdi.

Amma 28 yaşlı pilot gözləntiləri qarşılaya bilməyib. O komandaya lider kimi gətirilsə də, əksər hallarda komanda yoldaşı Yuki Tsunodadan geridə qalıb. Nik hazırda Sarcentlə birgə xal ala bilməyən iki sürücüdən biridir və turnir cədvəlinin zirzəmisindədir.

AlphaTauri komandasına yaxın olan mənbələr bildirib ki, tərəflər arasındakı müqavilə tezliklə ləğv ediləcək. Beləliklə Britaniya yarışı Nik üçün sonuncu yarış olub.

Niderlandlı sürücünü isə Daniel Rikkardonun əvəzləyəcəyi deyilir. Beləliklə, Daniel 2013-cü ildən sonra Faentsa mərkəzli komandaya qayıdacaq.

Bunları da oxuyun

Şərh əlavə et