Ferrari Karlo Santi ilə davam edəcək

Ferrari Karlo Santi ilə davam edəcək
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari əvvəlcə Lyuis Həmilton üçün müvəqqəti həll kimi komandaya gətirilən Karlo Santi ilə uzunmüddətli əməkdaşlıq qərarı verib.

Britaniyalı sürücünün Ferrari-dəki ilk mövsümündə onunla işləyən Rikkardo Adami tərəflər arasında yaşanan ünsiyyət problemləri və gözlənilən nəticələrin əldə olunmamasından sonra şirkət daxilində başqa vəzifəyə keçirilmişdi.

Bunun ardından Ferrari yeni daimi yarış mühəndisi axtarışını davam etdirərkən, mövsümöncəsi testlərdə müvəqqəti variant kimi Karlo Santini yeddiqat dünya çempionunun yanına təyin etmişdi.

Lakin 2026-cı ilin ilk yeddi yarışında yaranan uğurlu əməkdaşlıq və Barselona-Katalunya Qran Prisində Həmiltonın Ferrari ilə qazandığı ilk qələbə planları dəyişib. İspaniyadakı uğurdan sonra Yeddiqat Dünya Çempionu ilə birlikdə podiuma çıxan Santinin vəzifəsində qalacağı rəsmən təsdiqlənib.

Ferrari nümayəndəsi BBC Sport-a açıqlamasında bildirib: “Karlo və Lyuis arasında çox yaxşı uyğunluq yaranıb. Hazırda onu dəyişmək kimi planımız yoxdur”.

Barselonadakı qələbədən sonra danışan Həmilton da yeni yarış mühəndisini tərifləyib: “Onu podiumda yanımda görmək əla hiss idi. Bu il komandaya müvəqqəti qoşulanda bir-birimizi tanımırdıq. Daha əvvəl heç danışmamışdıq və onun haqqında heç nə bilmirdim.

Amma ilk görüşdüyümüz andan etibarən dərhal anlaşdıq. Adət etdiyimdən fərqli olaraq yeni mühəndislə belə bir əlaqə qurmaq çox xoşdur”.

Həmilton uzun illər birlikdə çalışdığı keçmiş yarış mühəndisi Piter Bonninqtona da toxunub: “Bilirsiniz, mən çox uzun illər Bono ilə işlədim və o bağ qırıldıqda insan həmin hissi bir qədər itirir. Çünki Bono indi Mercedes-də Kimi Antonelli ilə çalışır”.

Santi barədə danışan britaniyalı pilot əlavə edib: “Karlo əslində çox sakit insandır. Hamımız görürdük ki, hisslərini göstərməkdə çətinlik çəkir, üzündə sadəcə kiçik bir təbəssüm var idi.

Mən isə onu möhkəm qucaqlayıb təşəkkür edirdim. Bu qələbənin mənim yarış sevgimi yenidən alovlandırdığı kimi, onun da mühəndisliyə olan sevgisini yenidən canlandırdığına inanmaq xoşuma gəlir”.

Ferrari-nin təcrübəli simalarından olan Karlo Santi bu vəzifədə ilk dəfə çalışmır. İtaliyalı mühəndis 2007-ci il dünya çempionu Kimi Rəykkönenin Formula 1 karyerasındakı sonuncu – 2018-ci il ABŞ Qran Prisində qazandığı qələbədə də onun yarış mühəndisi olub.

Bunları da oxuyun

Şərh əlavə et