FİA yeni qaydaları qəbul edib

FİA yeni qaydaları qəbul edib
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

FIA-nın  Ümumdünya Avtoİdman Şurası 2026-cı il mövsümünün qalan hissəsi üçün yağışlı hava şəraitində "Boost Mode" sistemini təhlükəsizlik səbəbilə qismən geri qaytarıb, eyni zamanda 2027-ci il və sonrakı illər üçün bir sıra qayda dəyişikliklərini də təsdiqləyib.

Formula 1-də daha əvvəl pilotların rəyləri əsasında yaş trasda “Boost Mode” funksiyasının istifadəsi qadağan edilmişdi. Pilotlar bildirirdilər ki, 2026-cı ildəki yeni nəsil bolidləri yaş şəraitdə idarə etmək onsuz da çətindir və ani fırlanma anı artımı ciddi təhlükəsizlik riski yaradır.

Lakin FIA yeni qərarla sistemi tam şəkildə geri qaytarmaq əvəzinə, “qismən Boost Mode” istifadəsinə icazə verib.

FIA-nın açıqlamasına görə, yeni tətbiq bolidlərin düzlükdə sürətlənməsini artırmağa deyil, yalnız güc itkisini kompensasiya etməyə xidmət edəcək. Beləliklə, xüsusilə görünüşün zəif olduğu hava şəraitində yaxınlaşma sürətlərinin azaldılması hədəflənir.

FIA-nın Ümumdünya Avtoidman Şurasının hesabatında deyilir: “Asfaltla ilişmənin aşağı olduğu, trasın yaş və görünüşün zəif olduğu şəraitdə Boost Mode yenidən aktivləşdirilib. Lakin bu sistem yalnız güc itkisini kompensasiya etmək üçün məhdudlaşdırılıb və əlavə güc təmin etməyəcək. Ötmə funksiyası deaktiv ediləcək. Bu dəyişikliklər təhlükəsizlik səbəbilə həyata keçirilib”.

Şura həmçinin “İstilik Təhlükəsi” prosedurunda da dəyişiklik edib. Bundan sonra bu xəbərdarlıq sprint yarışı və əsas yarış üçün ayrıca elan oluna biləcək.

Hesabatda qeyd olunub: “İstilik təhlükəsi artıq Sprint və Yarış üçün ayrı-ayrılıqda elan edilə bilər. Sprint, yarış və ya hər ikisi üçün 24 saat əvvəlcədən istilik təhlükəsi elan edilə biləcək”.

Makao şəhərində keçirilən FIA-nın  Ümumdünya Avtoidman Şurasının iclasında 2027-ci ildən sonrakı dövr üçün daha əvvəl açıqlanan texniki və idman qaydaları da rəsmi şəkildə təsdiqlənib.

Yeni qərara əsasən, Formula 1 güc qurğularında daxiliyanma mühərriyinin payı 2027-ci ildə 58 faiz, elektrik sisteminin payı isə 42 faiz olacaq. 2028-ci ildə isə bu nisbət 60/40 səviyyəsinə yüksələcək.

FIA keçidin daha problemsiz həyata keçirilməsi üçün bir sıra əməliyyat dəyişiklikləri də planlaşdırır. Bunlara bəzi traslarda kəşfiyyat dövrələrinin azaldılması və zərurət yaranacağı halda yarış məsafəsinin bir və ya iki dövrə qısaldılması daxildir.

Bundan əlavə, 2027-ci il mövsümü öncəsi test proqramı da genişləndirilib. Belə ki, mövcud üç günlük test müddəti dörd günə çatdırılıb.

FIA-nın prezidenti Mohammed Ben Sulayem proseslə bağlı bunları deyib: “FIA 2026-cı il qaydalarının inkişafını yaxından izləməyə və bütün tərəflərlə əməkdaşlığı davam etdirməyə sadiqdir. Böyük reqlament dəyişiklikləri bolidlər trasa çıxdıqdan sonra başa çatmır. Davamlı dialoq və əməkdaşlıq qaydaların idmanın, pilotların və azarkeşlərin ehtiyaclarına uyğun qalmasını təmin edir. Birlikdə çempionatın gələcəyini formalaşdırırıq və innovasiya, dayanıqlılıq, performans və azarkeş marağı arasında balans yaratmağa çalışırıq”.

Bunları da oxuyun

Şərh əlavə et