Red Bull Avstriyaya yeniliklərlə gəlir

Red Bull Avstriyaya yeniliklərlə gəlir
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull Racing Avstriya Qran Prisinə böyük ümidlərlə yollanır. Komanda Şpilberq mərhələsinə mövsümün əvvəlindən bəri ən iri yeniləmə paketini gətirməyə hazırlaşır.

May ayında Mayami Qran Prisində də çoxsaylı yeniliklər təqdim olunmuşdu, lakin Niderlandın De Telegraaf nəşrinin məlumatına görə, Avstriya mərhələsi üçün hazırlanan yeniliklər daha əhəmiyyətlidir.

Barselona yarışında Maks Ferstappen dördüncü yeri tutduqdan sonra komandanın rəhbəri Loran Mekis bildirmişdi ki, qarşıdakı yeniləmələr Red Bull-a lider üçlüyə yaxınlaşmağa kömək etməlidir. Bununla belə, o, Mercedes ilə real mübarizə aparmaq üçün hələ bir neçə addım atılmalı olduğunu vurğulamışdı.

Mövsümün əvvəlindən RB22 bolidinin əsas problemlərindən biri artıq çəki olub. İlin əvvəlində maşın minimum icazə verilən çəkidən təxminən 12 kiloqram ağır idi. Avstriyaya gətiriləcək yeniliklərlə Red Bull-un hədəflədiyi çəki göstəricilərinə çatacağı və RB22-nin “arıqlama proqramının” başa çatacağı bildirilir. Xatırladaq ki, 2026-cı il Formula 1 reqlamentinə əsasən bolidin minimum çəkisi pilot daxil olmaqla 768 kiloqramdır.

Avstriya mərhələsi üçün hazırlanan texniki yeniliklər yalnız nəticələr baxımından deyil, həm də Maks Ferstappenin gələcəyi kontekstində böyük əhəmiyyət daşıyır.

Dördqat Dünya Çempionu hazırkı müqaviləsinin sonunadək – yəni 2028-ci ilin sonuna qədər  komandada qalacağını təsdiqləməyib və müqaviləni vaxtından əvvəl ləğv etmək imkanından istifadə etməyəcəyinə dair təminat verməyib.

Red Bull rəhbərliyi hesab edir ki, Avstriya Qran Prisi üçün hazırlanmış yeniliklər bolidin performansını nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaq və nəticədə Ferstappen ən azı 2027-ci il üçün komandanı dəyişmək fikrindən daşınacaq.

Bunları da oxuyun

Şərh əlavə et