L.Həmilton təkərlərdən narazıdır

L.Həmilton təkərlərdən narazıdır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, təkərlərin heç biri ona uyğun gəlməyib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Avstriya yarışında beşinci yeri tutub.

Lyuis Həmilton: “Bu gün istifadə etdiyimiz təkər tərkiblərinin heç biri mənə uyğun gəlmədi. Yarış çox, həm də çox çətin keçdi. İlk növbədə hava həddindən artıq isti idi. Açığı, startım da yaxşı alınmadı, yerimdən zəif tərpəndim. Sonra hücuma keçərək Şarlı geridə qoydum və ilk dövrələrdə hər şeyin yaxşı getdiyini düşünürdüm.Corcun arxasında qala bilirdim, amma sonra arxa təkərlərin ilişməsi qəfil azaldı. Bu, istifadə etdiyimiz bütün təkər dəstlərində təkrarlandı. Nədənsə balans çox qeyri-sabit idi və bolidi idarə etmək son dərəcə çətinləşmişdi.

Cümə günü düzlükdə altı onluq saniyə itirirdik. Bu gün fərqin nə qədər olduğunu araşdırmalıyıq. Düşünürəm ki, o qədər də böyük olmayıb. Lakin təkərlərin asfaltla təması baxımından rəqiblərlə mübarizə apara bilmirdik. Yarış çətin keçsə də, qazandığımız xallara görə minnətdaram. Komanda əla strategiya seçdi və pit-stopları mükəmməl yerinə yetirdi. Mexaniklər möhtəşəm iş gördülər və bununla fəxr edirəm. Gözlədiyimiz nəticə olmasa da, ən azı xalsız qalmadıq.

Qarşıda bizi çox iş gözləyir. Güc qurğusunu növbəti dəfə nə vaxt yeniləyə biləcəyimizi görəcəyik. Mercedes və Red Bull-la mübarizədə əsas məsələ enerji idarəetməsidir. Problem təkcə mühərrikin gücündə deyil. Döngədən çıxışlarda güc kifayət qədər görünür. Əsas məsələ enerjinin necə istifadə olunmasıdır. Biz bütün enerjini tez sərf edirik, Mercedes isə sürətlənməyə davam edir. Bunun səbəbini tapmalı və bu sahədə inkişaf etməliyik. Ancaq bunun üçün tez həll yolu yoxdur. İndi növbəti mərhələni səbirsizliklə gözləyirəm. Silverstounu sevirəm, amma orada da çoxlu düzlüklər var. Ümid edirəm ki, bolid orada özünü daha yaxşı göstərəcək”.

Bunları da oxuyun

Şərh əlavə et