Ferstappen: Bu nəticədən çox razıyam

Ferstappen: Bu nəticədən çox razıyam
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Avstriya Qran Prisində ikinci yeri tutan Maks Ferstappen mövsümdəki ən yaxşı nəticəsini əldə edib. Dördqat Dünya Çempionu 2026-cı ildə ikinci dəfə podiuma yüksəlib və yarışdan sonra nəticədən məmnun qaldığını bildirib.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü yarışa beşinci yerdən başlasa da, möhtəşəm performans göstərərək, finişə ikinci yerdə çatıb və çox vacib 18 xal qazanıb.

Maks Ferstappen: “Bizim üçün həqiqətən də çox yaxşı yarış alındı. İlk bir neçə dövrə kifayət qədər maraqlı keçdi, daha sonra isə əsas diqqət təkərlərin vəziyyətinə nəzarət etməyə yönəldi.

Yarışın təxminən yarısına qədər bolid optimal işləyirdi. Daha sonra isə müəyyən problemlər yarandı və bu, istədiyim tempi qorumağa mane oldu. Buna baxmayaraq, qalibdən çox da geri qalmadan ikinci yeri tutdum. Düşünürəm ki, bu bizim üçün çox müsbət nəticədir və bu baxımdan çox razıyam.

Dünənki qəzada dizlərimi möhkəm vurmuşdum. Sümüyünü bərk bir yerə vuranda hisslər heç də xoş olmur. Lakin bu gün hər şey qaydasında idi və ən vacibi də budur”.

Bunları da oxuyun

Şərh əlavə et