McLaren V8 motorları dəstəkləyir

McLaren V8 motorları dəstəkləyir
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren-in baş icraçı direktoru Zek Braun Formula 1-in gələcəkdə V8 mühərriklərinə qayıdış ideyasını dəstəklədiyini açıqlayıb.

McLaren komandasının rəhbəri bildirib ki, növbəti mühərrik reqlamenti dövründə V8 mühərriklərinin geri qaytarılması maraqlı variant ola bilər. FIA-nın prezidenti Mohammed Ben Sulayem bu ideyanın normal şərtlərdə 2031-ci ildən tətbiqini təklif etsə də, dəyişikliklərin daha erkən həyata keçirilə biləcəyi ilə bağlı iddialar da mövcuddur.

Bu mövsümdən qüvvəyə minən yeni güc qurğusu qaydaları elektrik enerjisi və batareya gücünə daha çox önəm verdiyi üçün bəksər pilot tərəfindən tənqid olunub. Formula 1-in növbəti mühərrik erasına dair müzakirələr davam etdiyi bir vaxtda Zek Braun eşitdiklərindən məmnun qaldığını bildirib: “Sonda texniki məsələləri mühərrik təchizatçımız Mercedes-ə həvalə etməliyik.

Amma prezidentdən V8 mühərrikləri, daha böyük daxiliyanma mühərriyi, düzgün yanacaq, daha az batareya, daha az hibrid sistem və daha çox səs barədə eşitdiklərimizin hamısı çox cəlbedici səslənir.

Mənim texniki biliklərim bundan o yana keçmir, lakin düşünürəm ki, bunu sınamağa dəyər. Məntiqli qərar kimi görünür”.

McLaren Formula 1-dəki 60 illik tarixində heç vaxt öz güc qurğusunu istehsal etməyib. Buna baxmayaraq, Braun gələcəkdə şərtlər uyğun olarsa, komandanın bu yanaşmasını dəyişə biləcəyinə işarə vurub.

McLaren-in rəhbəri əlavə edib: “Gələcək qaydaların necə formalaşacağını gözləyib görməliyik.

Əgər yeni reqlamentlər bizə maraqlı görünərsə, bəlkə onda bu məsələyə baxarıq. Ancaq hazırda gələcəyin nə gətirəcəyi barədə sizin bildiyiniz qədər məlumatımız var. Bu mərhələdə diqqətimizi bugünkü vəziyyətimizə və gələcəkdə olmaq istədiyimiz nöqtəyə yönəltməkdən başqa hər hansı addım atmaq sadəcə diqqəti yayındırar”.

Hazırda McLaren Mercedes mühərriklərindən istifadə edir və komandanın yaxın gələcəkdə öz güc qurğusunu hazırlaması ilə bağlı konkret plan açıqlanmayıb. Bununla belə, Formula 1-in gələcək mühərrik konsepsiyası ətrafında aparılan müzakirələr bəzi komandaların uzunmüddətli strategiyalarını yenidən nəzərdən keçirməsinə səbəb ola bilər.

Bunları da oxuyun

Şərh əlavə et