Kolapinto iki mövqe itirməklə cəzalandırılıb

Kolapinto iki mövqe itirməklə cəzalandırılıb
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Barselona-Kataloniya Qran Prisindən sonra stüardlar yarışdakı qayda pozuntularına görə Franko Kolapinto, Kimi Antonelli və Williams komandasını cərimələyiblər.

Kokpit.az xəbər verir ki, Franko Kolapinto sarı bayraqların qüvvədə olduğu zonada kifayət qədər yavaşlamadığına görə finişdən sonra nəticəsinə 10 saniyə əlavə olunmaqla cərimələnib. Bundan başqa, o, bir cərimə balı da alıb və son 12 aylıq dövrdə onun ballarının sayı ikiyə çatıb. Cərimə tətbiq edildikdən sonra Alpine sürücüsü səkkizinci yerdən onuncu yerə düşüb.

Kimi Antonelli yarışın gedişində tras hüdudlarını dörd dəfə pozduğuna görə yekun protokolda nəticəsinə beş saniyə əlavə olunmaqla cərimələnib.

Williams komandası isə hər biri beş min avro olmaqla iki dəfə cəzalandırılıb. Komanda ilk cəriməni isinmə dövrəsinin başlanğıcında Aleks Elbonun maşınının altında ön sağ təkərin qızdırıcı örtüyünün bir hissəsi ilişib qaldığına görə alıb.

İkinci cərimə isə Karlos Saynsın mexaniklərinin isinmə dövrəsinin startına 15 saniyə qaldığını bildirən siqnaldan sonra startdakı yerinin yanında, otluq sahədə avadanlıq saxlamasına görə yazılıb.

Bunları da oxuyun

Şərh əlavə et