Xəbəri Kokpitdə Oxuyun!

Liam Louson: Optimizm üçün əsasımız var

Barselonada Racing Bulls ardıcıl ikinci dəfə hər iki maşınla xal qazanıb. Liam Louson və Arvid Lindblad cəzalardan sonra daha bir pillə irəliləyiblər.

Liam Louson: “Bu gün çətin yarış oldu. Daha rəqabətədavamlı olacağımızı gözləyirdik, amma təəssüf ki, mübarizə apardığımız maşınlara tempdə uduzurduq. Virtual təhlükəsizlik maşını ilə bəxtim gətirmədi: bu, Pyer Qasliyə boksa girib trasa məndən öndə qayıtmağa imkan verdi və yarışımı daha da çətinləşdirdi.

Daha yüksək nəticə əldə etmək üçün nəyi daha yaxşı edə biləcəyimizi başa düşmək məqsədilə hər şeyi təhlil edəcəyik. Belə yarışa baxmayaraq, bu uik-enddə müsbət məqamlar çox idi. Uik-end ərzində yüksək temp göstərirdik və mövsüm indiyədək əla alınır.

Komanda yarışların əksəriyyətində xal qazana bilib, bu isə gərgin əməyin nəticə verdiyini göstərir. Yaxşı formadayıq, optimizm üçün əsasımız var, ona görə də Avstriya mərhələsini səbirsizliklə gözləyirəm. Hansı nəticələrə nail ola biləcəyimiz mənə maraqlıdır”.

Arvid Lindblad: “Ümumilikdə, yarışı pis keçirmədik və komanda yaxşı nəticə əldə edib: Monakodan sonra ikinci dəfə hər iki maşınla xallarda finiş gördük. Bununla belə, bir araya gəlib nəyi daha yaxşı edə biləcəyimizi təhlil edəcəyik, çünki yarış ərzində bir qədər vaxt itirdim.

İkinci və üçüncü hissədə sürətli idik, amma startdan sonra yuxarı qalxmaqdan daha çox itirdiklərimi geri qaytarmağa məcbur qaldım. Bununla belə, komanda bizim ixtiyarımıza sürətli maşın verib və mən ondan razıyam.

Ardıcıl bir neçə həftəsonu unikal traslarda çıxış etdikdən sonra Barselonada, bu standart və sürətli trasda yüksək temp göstərmək xoşdur. Ümid edirəm, bu o deməkdir ki, maşınımız iki həftə sonra Red Bull Ring-dən başlayaraq qarşıdakı traslara da uyğundur”.

Gilanur Huseynova

Şərh əlavə et