Ferrari-nin planına əsasən, hər iki gündə maşını Şarl Lekler idarə etməlidir. Digər iki komandada isə sükan arxasına ehtiyat sürücülər keçiblər. Cadillac-da Quanyu Çjou, Aston Martin-də isə Cek Krouford testlərdə iştirak edir.
Ferrari təkər testlərindən sonra da daha bir gün Barselonada qalacaq. Cümə axşamı Skuderiya TPC (əvvəlki mövsümlərin maşınları ilə test proqramı) çərçivəsində ötənilki SF-25 bolidi ilə işləyəcək. Sükan arxasına hazırda Ferrari Sürücü Akademiyasının ən perspektivli üzvü hesab olunan Rafael Kamara keçəcək.
Braziliyalı sürücü üçün bu, Formula 1 bolidini idarə etmək baxımından ikinci təcrübə olacaq. O, ilk dəfə may ayında Macarıstandakı Hunqarorinq trasında keçirilən testlərdə F1 maşını sürmüşdü.
Paddokda artıq belə söz-söhbətlər dolaşır ki, Ferrari rəhbərliyi Rafaelin gələn il Formula 1-ə yüksələ biləcəyini düşünür. Buna görə də komanda onu mümkün debütə indidən hazırlamağa başlayıb.




Şərh əlavə et