Lindblad Bakıdakı hadisəyə görə üzr istəyib

Lindblad Bakıdakı hadisəyə görə üzr istəyib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Racing Bulls-un debütant pilotu Arvid Lindblad Azərbaycan Qran-prisində yaşanan təmasdan sonra komanda yoldaşı Liam Lousondan üzr istəyib.

Britaniyalı sürücü Bakıdakı yarışı 7-ci yerdə başa vuraraq 6 xal qazanıb. Lakin onun yarışı komanda yoldaşı Liam Lousonla yaşadığı təmasın kölgəsində qalıb.

Williams pilotu Aleks Elbonun qəzasından sonra tətbiq olunan təhlükəsizlik avtomobili rejiminin başa çatması ilə verilən restart zamanı Lindblad qarşısındakı komanda yoldaşı Louson və Haas pilotu Esteban Okondan daha gec əyləclənib.

Nəticədə iki avtomobilin arasında sıxışan Lindblad Lousonla təmas edib. Zərbənin təsirindən Louson fırlanıb və yarışı 12-ci yerdə, xal zonasından kənarda başa vurub.

Hadisə stüardlar tərəfindən araşdırılsa da, Lindblada heç bir cəza verilməyib. Stüardlar qərarın səbəbi kimi Lindbladın manevr zamanı “məhdud sahəyə” malik olmasını göstərib və əlavə araşdırmaya ehtiyac olmadığı qənaətinə gəliblər.

Yarışdan sonra Lindblad sosial media hesabında paylaşım edərək hadisəyə görə məsuliyyəti üzərinə götürüb. O, eyni zamanda komandanın güc qurğusunun performansını yüksək qiymətləndirib.

Arvid Lindblad: “Güclü yarış keçirdik. 7-ci yerdə finiş görməkdən həqiqətən çox xoşbəxtəm. Asan həftəsonu olmadı və bəzi məsələləri idarə etmə tərzimlə bağlı məyusluq yaşayıram.

Komanda olaraq biz də çətinliklərlə üzləşdik. Buna görə çətin həftəsonundan sonra toparlanaraq bu gün əlimizdən gələnin ən yaxşısını edə bilməyimiz məni çox sevindirir. Güc qurğusu komandasına ayrıca böyük təşəkkür edirəm. Mənə sözün əsl mənasında raket verdilər.

Liamla yaşananlara görə çox üzgünəm, üzr istəyirəm, dostum! Buna baxmayaraq, komandaya bir neçə xal qazandıra bilməyimiz sevindiricidir.”

Louson isə yarışdan dərhal sonra Sky Sports F1-ə açıqlamasında təmasın avtomobilinin döşəməsinə zərər vurduğunu bildirib.

“Buna yenidən baxmalıyam. Restart zamanı hamımız 1-ci döngəyə doğru gedirdik və sol tərəfimdən zərbə aldım. Döşəmədə də deşik yarandı.

Buna görə onun hansı boşluqdan istifadə etməyə çalışdığını həqiqətən bilmirəm. İkimiz də 1-ci döngəyə daxil olduğumuz anda arada qalmış vəziyyətdə bunu başa düşə bilmirəm.”

Bunları da oxuyun

Şərh əlavə et