Kokpit.az xatırladır ki, yeni zelandiyalı sürücü Azərbaycan Qran Prisində təhlükəsizlik maşınından sonrakı restartda komanda yoldaşı Arvid Lindbladla təmas edib. Yekunda Liam yarışı 12-ci yerdə bitirərək, Bakıdan xalsız ayrılıb.
Liam Louson: “Yarış mənim üçün ən yaxşı şəkildə keçmədi, amma komandamızın dəyərli xallar qazanmasına və Konstruktorlar Kubokunda mübarizə apardığımız Alpine ilə aradakı fərqi bir qədər artırmasına sevinirəm.
Bütün həftəsonu ərzində temp problemi yaşadıq və qarşıdakı üç yarışlıq seriyanın qalan iki mərhələsi öncəsi bu istiqamətdə işləməliyik.
Birinci döngədə restart zamanı baş verən qəza bizi hazırlıqsız yaxaladı. Bolidim zədələndi və bu, istədiyim qədər fəal şəkildə irəliləməyimə imkan vermədi. Belə nəticəni də qəbul etməliyik. Lakin növbəti həftəsonunda yenidən mübarizəyə qayıdacağıq və buna hazırıq”.




Şərh əlavə et