C.Rassell: Ferrari yaxşı təəsurat yaratdı

C.Rassell: Ferrari yaxşı təəsurat yaratdı
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Corc Rassell Barselonada pouldan start alıb, lakin qələbə uğrunda mübarizədə müəyyən qədər Virtual Təhlükəsizlik Maşını rejimi hesabına Lyuis Həmilton onu qabaqlayıb.

Kokpit.az bildirir ki, Rassell yarışın gedişində hətta ikinciliyi də itirib. Lakin Kimi Antonellinin problem yaşayaraq yarışı yarımçıq saxlamasından sonra həmin yeri bərpa edib.

Corc Rassell: “Əvvəlcə Lyuisə böyük təbriklər. Onun nə qədər çox çalışdığını yaxşı bilirəm, çünki uzun illər Mercedes-də birlikdə olmuşuq. Lyuisin qayıdışını görməyə şadam. Bizim üçün gün çətin alınıb, amma podiuma qayıtmaq və yarışı təmiz keçirmək yaxşıdır. Bu gün isə Ferrari yaxşı təsir bağışlayıb.

İnkişafımızı davam etdirməliyik. Cümə və şənbə mənim üçün yaxşı keçib, bu gün isə bir qədər çətin oldü. Start yaxşı alındı, ilk bölümü inamlı keçirdim, amma son iki bölüm daha çətin oldu. Dediyim kimi, yenidən podiumda olmaq xoşdur. Dünənki gün komanda üçün sürpriz idi, bu gün isə Lyuis inanılmaz temp nümayiş etdirdi. Ona görə də, bəli, düşünürəm ki, Ferrari fərqi azaldır”.

Bunları da oxuyun

Şərh əlavə et