Xəbəri Kokpitdə Oxuyun!

MotoGP: Aprilia-dan dubl, Bezzekkidən qələbə

MotoGP üzrə İtaliya Qran-prisinin qalibi Marko Bezzekki olub.

Mucelloda yarış kifayət qədər isti hava şəraitində start götürüb. Xüsusilə trasın temperaturu 49°C-yə çatıb. Havanın temperaturu isə 27°C ölçülüb. Bütün sürücülər ön və arxa təkərlərdə Medium tərkibli təkərlərdən istifadə ediblər.

Yarışın startında Xorxe Martin liderliyə yüksələrək ilk pilləni ələ keçirməyi bacarıb. Lakin dövrə başa çatmamış Marko Bezzekki mövqeyini geri qaytarıb. Bu zaman onların arxasında Françesko Banyaya və Mark Markes qərarlaşıblar.

İkinci dövrə başlayanda Banyaya Martini geridə qoyaraq ikinci yerə yüksəlib. İtaliyalı sürücü yüksəlişini davam etdirərək poul mövqeyindən start alan Bezzekkini də keçib və yarışın yeni liderinə çevrilib.

Yarışın orta hissəsinə qədər sıralamada ciddi dəyişiklik baş verməyib və Banyaya liderliyini qoruyub. Bu zaman Enea Bastyanini 10-cu döngədə qəzaya uğrayıb.

Banyayaya getdikcə yaxınlaşan Bezzekki finişə 10 dövrə qalmış hücuma keçərək liderliyi ələ alıb. Bir neçə dövrə sonra isə Banyaya Xorxe Martinə də uduzub.

Finişə beş dövrə qalmış Toprak Razqatlıoğlu Fabio Quartararonu geridə qoyaraq 15-ci yerə yüksəlib və xal zonasına daxil olub. Ön qrupda isə Ai Oqura ilə Pedro Akosta arasında dördüncü yer uğrunda təkər-təkərə mübarizə yaşanıb. İki sürücü arasında kiçik təmas olsa da, hər ikisi yarışa davam edə bilib.

23 dövrəlik yarışın sonunda qələbəni Marko Bezzekki qazanıb. Xorxe Martin ikinci olub, podiumun son pilləsinə isə Françesko Banyaya yüksəlib.

Onları müvafiq olaraq Ai Oqura, Fabio Di Cianantonio və Pedro Akosta izləyiblər. Mark Markes isə yarışı yeddinci pillədə başa vurub.

MotoGP yarışının nəticələri

Sıra Sürücü Komanda Dövrə Vaxt/Fərq Xal
1 M. Bezzecchi Aprilia Racing Team 23 40:57.347 25
2 J. Martin Aprilia Racing Team 23 +3.559 20
3 F. Bagnaia Ducati Team 23 +5.098 16
4 A. Ogura Trackhouse Racing Team 23 +5.132 13
5 F. Di Giannantonio Team VR46 23 +5.453 11
6 P. Acosta Red Bull KTM Factory Racing 23 +7.467 10
7 M. Marquez Ducati Team 23 +10.762 9
8 R. Fernandez Trackhouse Racing Team 23 +13.380 8
9 F. Aldeguer Gresini Racing 23 +14.644 7
10 D. Moreira Team LCR 23 +21.366 6
11 B. Binder Red Bull KTM Factory Racing 23 +21.479 5
12 J. Mir Repsol Honda Team 23 +21.795 4
13 L. Marini Repsol Honda Team 23 +22.059 3
14 F. Morbidelli Team VR46 23 +29.789 2
15 J. Miller Pramac Racing 23 +32.289 1
16 T. Razgatlıoğlu Pramac Racing 23 +31.920
17 M. Viñales Tech 3 23 +32.717
18 F. Quartararo Yamaha Factory Racing 23 +34.335
19 M. Pirro Gresini Racing 23 +40.553
DNF E. Bastianini Tech 3 11 +12 dövrə
DNF C. Crutchlow Team LCR 10 +13 dövrə
DNF A. Rins Yamaha Factory Racing 10 +13 dövrə

Rauf Hacıyev

Şərh əlavə et