Beşyerlik elektrik modelinin qiyməti də diqqət çəkir – 550 min avro. Ferrari Luce-nin dizaynı Apple-ın sabiq baş dizayneri Coni Ayvın təsis etdiyi LoveFrom agentliyi tərəfindən hazırlanıb.
Gələn həftədən Ferrari Luce üçün ön sifarişləri qəbul etməyə başlayacaq. Lakin yenilik hər kəs tərəfindən müsbət qarşılanmayıb. Məsələn, Ferrari səhmləri Milan birjasında ticarətin açılışında 8 faiz dəyər itirib, Nyu-York birjasında isə şirkətin səhmləri 4 faizdən çox ucuzlaşıb.
İnvestorlarla yanaşı, Ferrari-nin keçmiş prezidenti Luka di Montezemolo da markanın ilk elektromobilindən razı qalmayıb.
Luka di Montezemolo Askanews agentliyinə açıqlamasında emosional şəkildə belə deyib: “Əslində düşündüklərimi desəm, Ferrari-yə zərər vermiş olaram. Biz əfsanəni məhv etmək riski ilə üz-üzəyik və buna görə çox üzülürəm. Ümid edirəm ki, heç olmasa maşının üzərindən “Şahə qalxmış at” loqosunu götürərlər”.




Şərh əlavə et