Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri şayiələrə münasibət bildirib

Oskar Piastri Red Bull Racing-in onunla müqavilə bağlamaqda maraqlı olması ilə bağlı yayılan şayiələrə münasibət bildirib. McLaren komandasının sürücüsü komandasını dəyişmək fikrində olmadığını vurğulayıb.

Kokpit.az xatırladır ki, Maks Ferstappenin hazırda F1-dən razı olmamasına görə Oskarın adı Red Bull komandası ilə hallanır.

Oskar Piastri: “Bu mənim üçün yenilikdir, çünki heç bir müzakirə və ya buna bənzər nəsə olmayıb. Bəli, belə söhbətlər xoşuma gəlir, amma bundan artıq heç nə deyil. Düşünürəm ki, bu cür söhbətlər mənim sürücü kimi dəyərimin artdığını göstərir və bu, əlbəttə ki, yaxşı əlamətdir. Lakin hazırda olduğum yerdən tam razıyam.

Komandamıza və gələcəkdə birlikdə yarışlar qazanıb titullar uğrunda mübarizə apara biləcəyimizə çox inanıram. Ona görə də hər şey məni qane edir”.

Rauf Hacıyev

Şərh əlavə et