Kokpit.az xatırladır ki, 27 yaşlı sürücü Monreala çempionatda ikinci yerdə gəlib. Britaniyalı pilot çempionatda Kimi Antonellidən 20 xal geri qalsa da, hazırda bunun onu narahat etmədiyini bildirib.
Corc Rassell: “Mövsümün davamını səbirsizliklə gözləyirəm. Mayamidəki həftəsonu mənim üçün çətin keçdi, amma çox şey öyrəndim və bu həftəsonu özümü əla hiss edirəm.
Enerjinin bölüşdürülməsinə və bəzi digər məqamlara çox diqqət ayırdım, amma əsas məsələlərin bir çoxunu, o cümlədən təkərlərin vəziyyətinə nəzarəti gözdən qaçırdım. Bütün bunlar nəticələrə təsir etdi”.
Mercedes komandasının sürücüsü əlavə edib ki, Kanada mərhələsində komanda yenilənmiş maşın təqdim edəcək: “Bu həftəsonu maşının yenilənmiş versiyasını göstərəcəyik. Ümid edirəm ki, bu, Mayamidə rəqiblərin etdiyi kimi bizə də ciddi addım atmağa imkan verəcək”.
Corc Rassell komandanın əsas problemlərindən birinin startlar olduğunu da etiraf edib: “Aydın görünür ki, zəif tərəf startlardır və biz buna xüsusi diqqət ayırırıq. Qısa müddətdə böyük irəliləyiş əldə etmək çətindir. Bu elementi Qran Pri startlarında işləmək olmur, bəzi mərhələlərdə hətta məşqlərdə belə buna imkan tapılmır. Lakin inkişaf etmək üçün əlimizdən gələni edəcəyik”.
Corc çempionatdakı vəziyyət barədə isə belə danışıb: “Kimidən geri qalmağım barədə düşünmürəm. Qarşıda növbəti yarış həftəsonu var və əsas məqsəd mümkün olan maksimum nəticəni əldə etməkdir. Mənim əsas rəqibim özüməm. Əlimdən gələnin hamısını etsəm, istənilən sürücünü məğlub edə biləcəyimi bilirəm. Mən üstünlük və ya geridə qalmaq barədə yox, özümün, mühəndislərimin və maşının sazlamalarının maksimum potensialını necə ortaya çıxarmaq barədə düşünürəm. Əgər bunu bacarsam, qalib gələ bilərəm”.




Şərh əlavə et