Kokpit.az xatırladır ki, italyan sürücü bu mövsüm artıq 3 qələbə qazanıb və çempionata inamla liderlik edir.
Kimi Antonelli: “Kanadaya qayıtmaq xoşdur. Keçən il burada Formula 1-dəki ilk podiumumu qazanmışdım. Bu dəfə xatirələrin daha da parlaq və pozitiv olması üçün çalışacağam və yarışı qazanmaq uğrunda inamla mübarizə aparacağam.
Bunun asan olmayacağını bilirəm. Xüsusilə də komanda yoldaşım bu trasda ənənəvi olaraq çox sürətlidir. Amma ümid edirəm ki, komandanın hazırladığı yeniliklər işləyəcək və biz rəqabətədavamlı olacağıq. Onları simulyatorda sınaqdan keçirdik və yaxşı işləyirdilər”.
Kimi, həmçinin Maks Ferstappenin Nürburqrinqdəki çıxışını maraqla izlədiyini bildirib: “Maksa dedim ki, Nürburqrinqdə yaşadıqları problemə görə mən də təəssüflənirəm. Onların çıxışını izləmək çox maraqlı idi. Möhtəşəm trasdır, mən də bir gün həmin yarışda iştirak etmək istərdim”.




Şərh əlavə et