Xəbəri Kokpitdə Oxuyun!

EA Sport yeni F1 oyununun qapağını təqdim edib

Bu il yenilənmiş F1 oyununun üz qabığında Lyuis Həmiltonla yanaşı, Valtteri Bottas və Qabriel Bortoleto da yer alacaqlar.

EA Sports ötən il 2026-cı il mövsümü üçün ayrıca Formula 1 oyunu çıxarmayacağını açıqlamışdı. Bunun əvəzinə studiya tamamilə yeni nəsil Formula 1 oyunu üzərində işləyir və həmin layihənin 2027-ci il mövsümü üçün təqdim olunacağı gözlənilir.

Bu müddətdə isə 2026-cı il mövsümünə həsr olunan xüsusi yeniləmə paketi yayımlanacaq. Yeniləməyə Audi və Cadillac komandalarının Formula 1 peletonuna qoşulması, həmçinin Madriddə yerləşən yeni İspaniya Qran Prisi kimi məzmunlar daxil olacaq. Paket hazırkı F1 25 oyunu üzərindən oynanıla biləcək.

EA Sports-un yeniləmə ilə bağlı daha ətraflı məlumatı 20 may çərşənbə günündən etibarən paylaşacağı, paketin isə yay aylarında istifadəyə veriləcəyi gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et