Xəbəri Kokpitdə Oxuyun!

Viktor Marten Williams-ın test pilotudur

İlin əvvəlində Williams komandası ehtiyat sürücüsü Lyuk Brouning ilə müqaviləni uzadıb. Britaniyalı pilot dünya çempionatının mərhələlərində komanda ilə birlikdə çalışsa da, paralel olaraq Yaponiyanın Super Formula seriyasında Kondo Racing komandasında çıxış edir. Kanada Qran Prisi isə mövsümün dördüncü mərhələsinin Suzukada keçiriləcəyi həftəsonuna təsadüf edir.

Lyuk üçün prioritet yarışlarda iştirak etməkdir. Hazırda o, Super Formula-nın çempionatında beşinci yeri tutur. Buna görə də o, bu həftəsonu Monrealda yox, Yaponiyada olacaq.

Nəticədə Williams bir mərhələlik ehtiyat sürücü roluna test pilotu Viktor Marteni dəvət edib.

Williams komandasının mətbuat xidməti bunu qısa şəkildə təsdiqləyib: “Lyuk Yaponiya Super Formula çempionatının dördüncü mərhələsində iştirak etdiyi üçün bu həftə ehtiyat sürücü vəzifəsini Viktor Marten yerinə yetirəcək”.

Rauf Hacıyev

Şərh əlavə et