Xəbəri Kokpitdə Oxuyun!

Z.Braun: F1 itki verdi

Bu il Nürburqrinqin “Şimal döngəsi”ndə keçirilən 24 saatlıq GT marafonu rekord auditoriya toplayıb. Tribunalar və trasın ətrafından yarışı 350 mindən çox tamaşaçı izləyib. Bunun əsas səbəblərindən biri də Maks Ferstappenin yarışda iştirak etməsi olub.

Dördqat dünya çempionunun və komandasının qələbə üçün yaxşı şansları var idi. Red Bull rənglərinə boyanmış Mercedes-AMG GT3 Evo maşını yarışın böyük hissəsində inamla liderlik edib, lakin finişə təxminən üç saat yarım qalmış ciddi texniki problem yaşanıb. Bununla belə, bu artıq başqa hekayədir.

Təbii ki, “24 saat Nürburqrinq” yarışının televiziya reytinqləri də çox yüksək olub. Üstəlik, marafon boyu trasda daim maraqlı mübarizə gedib.

Zek Braun isə bununla bağlı kifayət qədər gözlənilməz açıqlama verib: “Yaşıl cəhənnəm”dən – Nordşlayfeni həm sürücülər, həm də azarkeşlər çoxdan belə adlandırırlar – insanın ürəyini parçalayan çoxlu hekayələr gəlirdi.

Amma “24 saat Nürburqrinq” yarışına görə ən böyük itkini Formula 1 verdi.

Dünya çempionatı öz yolundan uzaqlaşıb, digər seriyalar isə avtoidmanın yaşadığını və inkişaf etdiyini qətiyyətlə nümayiş etdirir.

FOM və FIA 2030-cu ildə başlayacaq növbəti texniki dövr üçün reqlament hazırlayarkən inandırıcı və cəlbedici mənzərə ortaya qoymalıdırlar. Həmçinin 2028-ci il üçün 2027-ci ildə tətbiq etməyi planlaşdırdıqlarından daha ciddi tədbirlər nəzərdə tutulmalıdır ki, qüvvələr nisbətinə təsir göstərmək mümkün olsun”.

Rauf Hacıyev

Şərh əlavə et