İtalyan istehsalçı Monako Qran Prisində komandaların ixtiyarına ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini verəcək. Bu seçim şəhər trasındakı asfaltın çox hamar olması ilə əlaqədardır. Mövsümün ən aşağı orta sürətinə malik trasda təkərlərin yeyilməsi də minimum səviyyədə olur.
Barselona-Kataloniya Qran Prisində isə keçən illə müqayisədə bir pillə daha yumşaq seçim hazırlanıb. Komandalar C2, C3 və C4 tərkiblərindən istifadə edəcəklər.
İspaniya trası çoxsaylı sürətli və uzun döngələrdən başqa yüksək temperaturlara görə də təkərlər üçün ən ağır sınaqlardan biri hesab olunur. Buna baxmayaraq, Pirelli daha yumşaq tərkiblər gətirməklə yarış zamanı pit-stop sayını artırmağı və strategiya baxımından daha maraqlı mübarizə yaratmağı hədəfləyib.
2026-cı il mövsümündə təkər tərkibləri
| Qran Pri | C1 | C2 | C3 | C4 | C5 |
|---|---|---|---|---|---|
| Avstraliya | — | — | ✓ | ✓ | ✓ |
| Çin | — | ✓ | ✓ | ✓ | — |
| Yaponiya | ✓ | ✓ | ✓ | — | — |
| Mayami | — | — | ✓ | ✓ | ✓ |
| Kanada | — | — | ✓ | ✓ | ✓ |
| Monako | — | — | ✓ | ✓ | ✓ |
| Barselona-Kataloniya | — | ✓ | ✓ | ✓ | — |




Şərh əlavə et