Amerikanlar V8 motor istəyirlər

Amerikanlar V8 motor istəyirlər
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Biz daha əvvəl Ford Performance Motorsport-un rəhbəri Mark Raşbrukun texniki reqlamentə ediləcək dəyişiklikləri dəstəklədiyini yazmışdıq.

Söhbət güc qurğularında elektrik hissəsinin payının azaldılmasından gedirdi. Raşbruk eyni zamanda Ford-un 2030 və ya 2031-ci ildə Formula 1-in atmosfer V8 mühərriklərinə keçidini də dəstəklədiyini bildirib.

Mark Raşbruk: “FIA və Formula 1-in artıq növbəti reqlamenti müzakirə etməsi xoşdur. Biz də maraqlı tərəfik və bu mövzuda öz baxışımız var. Ford çoxlu atmosfer V8 mühərrikləri istehsal edir və biz Formula 1-də də V8 mühərriklərini görmək istərdik”.

Atmosfer V8 mühərriklərinə keçid ideyasını General Motors korporasiyası da dəstəkləməyə hazırdır. Bu ildən Formula 1-də Cadillac komandası ilə təmsil olunan GM-in prezidenti Mark Royss mövzu ilə bağlı belə danışıb:

Mark Royss: “Mən V8 mühərriklərini və onların səsini sevirəm. Amma yeni komanda olaraq biz hibrid V6 güc qurğularına qoyulan investisiyalara hörmətlə yanaşırıq.

Lakin Formula 1, FIA və komandalar V8-ə qayıtmağın lazım olduğunu desələr, biz buna hazır olacağıq”.

Cadillac komandası debüt mövsümündə Ferrari-nin müştəri güc qurğularından istifadə edir. General Motors-un öz mühərriyinin ən tez 2028-ci ildə hazır olacağı gözlənilir.

Amma Formula 1 həqiqətən 2030 və ya 2031-ci ildə daha sadə V8 mühərriklərinə keçid qərarı versə, GM hibrid güc qurğusu proqramını dayandıra və V8 dövrünə qədər müştəri komanda kimi fəaliyyətini davam etdirə bilər.

Bunları da oxuyun

Şərh əlavə et