Z.Braun: F1 28 ölkədə keçirilməlidir

Z.Braun: F1 28 ölkədə keçirilməlidir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren-in icraçı direktoru Zek Braun Formula 1 təqviminin yenidən formalaşdırılmasını təklif edib.

Braun istəyir ki, çempionat təqvimində ümumilikdə 28 tras yer alsın. Onlardan 20-si hər il keçirilən daimi Qran Prilər olsun, qalan 8 mərhələ isə rotasiya prinsipi ilə iki ildən bir bir-birini əvəz etsin. Belə model Formula 1-in müxtəlif bazarlarda iştirakını genişləndirməyə imkan verər, eyni zamanda mövsümdəki yarış sayı 24 mərhələ ilə məhdud qalar.

Zak Braun: “Formula 1 inkişaf etməyə davam edir və qlobal hadisələr istisna olmaqla, bu inkişafın dayanacağına səbəb görmürəm.

Müxtəlif ölkələr Qran Pri keçirmək hüququ əldə etmək üçün növbəyə dayanırlar. Lakin hamısını təqvimə əlavə edə bilmirik, buna görə bəzi mərhələləri rotasiya etməli oluruq. Mənim fikrimcə, 20 daimi Qran Pri olmalı, daha sonra isə iki ildən bir dəyişəcək əlavə səkkiz mərhələ seçilməlidir.

Belə yanaşma Formula 1-in 28 müxtəlif bazarda təmsil olunmasına imkan verər, ancaq eyni zamanda əsas şərt qorunar — mövsümdə maksimum 24 yarış keçirilməsi. Hazırkı təqvim onsuz da kifayət qədər yüklüdür, buna görə daha çox yarış keçirmək mümkün deyil”.

Bunları da oxuyun

Şərh əlavə et