F1 müstəqil mühərrik istehsalçılarını istəyir

F1 müstəqil mühərrik istehsalçılarını istəyir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 1-də 2030 və ya 2031-ci ildən istifadə olunacaq yeni nəsil güc qurğuları ilə bağlı müzakirələr davam edir. İtaliya mətbuatının məlumatına görə, Formula 1 rəhbərliyi gələcəkdə müstəqil mühərrik istehsalçılarının da çempionatda yer almasını istəyir.

FIA və Liberty Media dünya çempionatının iri avtomobil istehsalçılarından asılılığını azaltmağa çalışır. Son illərdə komandaların maliyyə vəziyyəti xeyli yaxşılaşıb və artıq onlar beş il əvvəlki qədər zavod dəstəyinə ehtiyac duymurlar. Buna görə də hazırkı mürəkkəb hibrid sistemlər əvəzinə daha sadə və daha ucuz mühərrik konsepsiyası müzakirə olunur.

Əsas variantlardan biri KERS sistemi ilə təchiz olunmuş atmosfer V8 mühərriklərinə keçiddir. Belə konsepsiya həm xərcləri azalda, həm də Cosworth kimi müstəqil mühərrik istehsalçılarına Formula 1-ə qayıtmaq imkanı yarada bilər.

Müstəqil istehsalçıların çempionata daxil olması Formula 1-də siyasi qüvvələr balansını da dəyişə bilər. Hazırda müştəri komandalar əksər məsələlərdə mühərrik təchizatçılarından asılıdır və səsvermələrdə onların mövqeyini dəstəkləməyə məcbur qalırlar. Yeni müstəqil istehsalçıların meydana çıxması isə zavod komandalarının təsirini azalda bilər.

Bundan əlavə, rəqabətədavamlı müstəqil mühərriklər müştəri komandalar üçün sığorta rolunu oynaya bilər. Belə ki, hər hansı avtomobil istehsalçısı qəfil çempionatı tərk etsə, komandalar alternativsiz qalmayacaq.

2030 və ya 2031-ci il üçün seçiləcək mühərrik konsepsiyası Formula 1-in gələcək onillikdə necə görünəcəyini də müəyyən edəcək.

Əgər daha yüksək texnologiyalı və elektrikləşdirilmiş güc qurğusu konsepsiyası qalib gəlsə, hətta indiki sistemdən daha sadə formada olsa belə, bu, avtomobil istehsalçılarının mövcud balansı qoruduğu anlamına gələcək.

Əgər seçim daha sadə və əlçatan mühərrik spesifikasiyasının xeyrinə olsa və belə mühərriyi müstəqil istehsalçılar da hazırlaya bilsələr, Formula 1 yeni dövrə qədəm qoyacaq. Zavod komandaları yenə əsas iştirakçılar olaraq qalacaq, amma onların idmanın siyasi və texniki idarəçiliyinə təsiri ciddi şəkildə azalacaq.

Bunları da oxuyun

Şərh əlavə et