MotoGP Fransa: Son məşqdə Kuartararo birincidir

MotoGP Fransa: Son məşqdə Kuartararo birincidir
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

MotoGP  üzrə Fransa Qran Prisinin 2-ci sərbəst yürüş sessiyasında lider Fabio Kuartararo olub

Sıralama turundan əvvəl keçirilən ikinci məşq sessiyasına start verilib və 30 dəqiqəlik vaxt geriyə sayılmağa başlayıb. Axşam və sabah üçün yüngül yağış ehtimalı olsa da, hava açıq qalıb. Tras temperaturu isə 20-25°C arasında dəyişib.

Sessiyanın ilk dəqiqələrində Fabio Kuartararo 1:30.619 nəticə göstərərək zirvəyə yüksəlib. Françesko Banyaya təxminən 0.2 saniyə geri qalaraq ikinci, Pedro Akosta isə üçüncü yerdə qərarlaşıb.

Pedro Akosta 5-ci döngədə trayektoriyadan bir qədər çıxıb və motosikletin ciddi şəkildə silkələndiyi anlar ekranlara düşüb. Buna baxmayaraq, ispaniyalı sürücü tarazlığını qoruyaraq sessiyanı problemsiz davam etdirib.

Sessiyanın yarısında Fabio Kuartararo tempini yenidən artıraraq 1:30.580 nəticə göstərib və şəxsi rekordunu yaxşılaşdırıb. Daha sonra sürücülər motosikletlərini sıralanma turuna hazırlamaq üçün boksa qayıdıblar. Yoxlamalardan sonra onlar yenidən trasa çıxıblar.

Raul Fernandes 1:30.846 nəticə göstərərək dördüncü pilləyə yüksəlib. Dünənki məşq sessiyasını lider tamamlayan Yohann Zarko isə liderdən 0.314 saniyə geri qalaraq doqquzuncu yerdə qərarlaşıb. Ardınca Zarko 4-cü döngədə qəza edib. Lakin çınqıl zonasına yumşaq düşdüyü üçün dərhal ayağa qalxaraq boksa qayıda bilib. Onun motosikletində də ciddi zədə qeydə alınmayıb. Qəzadan sonra dalğalandırılan sarı bayraqlara görə Aleks Markesin dövrəsi ləğv olunub.

Sessiyanın son dəqiqələrində Fabio Kuartararo vaxtını yaxşılaşdırmağa çalışsa da, öz rekordunu keçə bilməyib.

Beləliklə, sessiyanın sonunda Fabio Kuartararo ilk yeri tutub. Françesko Banyaya ikinci, Fabio Di Cianantonio isə üçüncü olub.

Bunları da oxuyun

Şərh əlavə et