Lambiase McLaren yolundadır

Rauf Hacıyev 09 Aprel 2026, 13:06
Lambiase McLaren yolundadır
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Maks Ferstappenin yarış mühəndisi Cianpyero Lambiasenin McLaren-ə keçidi ilə bağlı xəbər yarış ictimaiyyətində böyük rezonans doğurub və hazırda Formula 1-də aprel fasiləsinin ən səs-küylü hadisəsinə çevrilib. Bu səs-küylü transferlə bağlı tədricən yeni detallar ortaya çıxsa da, komandalar hələlik rəsmi açıqlama verməyib.

Artıq məlum olub ki, Lambiase Red Bull ilə mövcud müqaviləsinin sonuna qədər işləyəcək və yalnız 2028-ci ildə McLaren-ə qoşulacaq. Sky Sports News-un məlumatına görə, o, Britaniya təmsilçisində konkret vəzifə də alacaq.

Britaniya telekanalının iddiasına əsasən, Lambiase McLaren-in yarış mühəndisliyi departamentinə rəhbərlik edəcək və Qran Prilər zamanı trasda komandanın bütün mühəndislərinin işinə cavabdeh olacaq. Onun vəzifələri komanda rəhbəri Andrea Stellanın səlahiyyətləri ilə üst-üstə düşməyəcək və Stella öz postunda qalacaq.

Cianpyero Lambiase 2016-cı ildən Maks Ferstappenlə işləyir. Mühəndisin Red Bull-dan ayrılması fonunda artıq dördqat dünya çempionunun gələcək planları ilə bağlı suallar səslənməyə başlayıb. Ferstappenin komandası ilə müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir, lakin müəyyən şərtlər daxilində daha əvvəl də ləğv oluna bilər.

Bunları da oxuyun

Şərh əlavə et