Kokpit.az xatırladır ki, “narıncılar” mövsümə pis başlayıblar. Belə ki, mövsümün ilk yarışı olan Avstraliyada Oskar Piastri, Çində isə hər iki sürücü yarışın startına çıxa bilməyiblər. Lakin son iki ilin Mühəndislər Çempionu Yaponiyada özlərinə gəliblər və Oskar Piastri ilə ikinci olaraq, podiuma yüksəliblər.
Devid Kroft: “Düşünürəm ki, Mercedes rəqiblərin maşınları təkmilləşdirmək üçün tam bir ay vaxtının olmasından narazıdır. Bildiyimə görə, McLaren komandası Mayamiyə çox ciddi yenilik paketi hazırlayır və artıq simulyatorda əldə etdikləri nəticələrdən çox razıdır.
Oskar Piastri Yaponiyadakı yarışda qalib gələ bilərdi, əgər təhlükəsizlik maşını trasa çıxmasaydı… Kimi çox sürətli idi, amma liderlik uğrunda mübarizə aparmalı və bir neçə ötmə etməli oldu. Oskar isə trasda daha əlverişli mövqedə idi və əgər onu qoruyub saxlaya bilsəydi, nəticədə qalib gələcəkdi. O, çox inamlı görünürdü və bu, yarışın əsas nəticələrindən biridir”.




Şərh əlavə et