Valtterinin sözlərini meksikalı sürücü də təsdiqləyib və əlavə edib ki, Cadillac komandası Mayami mərhələsi üçün yeniliklər hazırlayır.
Serxio Peres: “İkinci maşının da eyni səviyyədə olması bizə lazımdır. Ümid edirəm ki, Mayami üçün hazırladığımız böyük yeniləmələr bizə kömək edəcək. Növbəti mərhələdə komandamızı ən ciddi sınaq gözləyir.
Hesab edirəm ki, hər Qran Pridə irəliləyiş əldə edirik. Suzukadakı mərhələ ilk dəfə demək olar problemsiz keçdi. Yalnız kvalifikasiyada enerjinin istifadəsi ilə bağlı çətinliklər oldu. Ümid edirəm ki, növbəti addımı ata biləcəyik və orta qrup komandaları ilə mübarizəyə qoşulacağıq.
Maşın əksər sagələrdə kifayət qədər yaxşı deyil, amma əsas problem asfaltayatma qüvvəsidir. Ən çox məhz bu komponentdə geri qalırıq. Balans, ümumilikdə, o qədər də pis deyil, sadəcə asfaltla ilişmə çatışmır”.




Şərh əlavə et