Mühəndislər toplanmış məlumatları təhlil ediblər. Onlar detalları təkmilləşdirəcəklər və Mayami mərhələsinə qədər vibrasiya problemini tam həll etməyi planlaşdırırlar. Daha sonra digər sahələrə fokuslanmağa başlayacaqlar.
Mayk Krak, yarış direktoru: “Yeni bir həll hazırladıq, onu məşqlərdə sınaqdan keçirdik və müəyyən irəliləyiş gördük. Mən əminəm ki, Mayami Qran Prisinə qədər bu problem tam həll olunacaq və artıq ona qayıtmağa ehtiyac qalmayacaq”.
Qeyd edək ki, Aston Martin komandası geridə qalan 3 mərhələdən sonra xal toplamayıb və sonuncu yerdə qərarlaşıb. Onlar Yaponiya Qran Prisində Fernando Alonso ilə ilk dəfə finiş görüblər.




Şərh əlavə et